DÜNYA
Yaponiyadakı kruiz laynerində yeni koronavirusa yoluxanların sayı 454 nəfərə çatıb
Tokio, 17 fevral, AZƏRTAC
Yaponiyanın Yokohama limanında saxlanılan “Diamond Princess” kruiz laynerində COVID-19 virusuna yoluxmuş insanların sayı daha 99 nəfər artıb.
AZƏRTAC xəbər verir ki, fevralın 17-də bu barədə Yaponiyanın Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi məlumat yayıb.
Beləliklə, həmin gəmidə yeni koronavirusa yoluxanların sayı 454 nəfərə çatıb. Yeni xəstələrin hansı millətin nümayəndələri olması barədə məlumat verilmir.
Əlavə olaraq qeyd edək ki, fevralın 17-də kruiz laynerində olan 380 ABŞ vətəndaşı çarter aviareysi ilə vətənlərinə yola salınıb.
Kanada Xarici İşlər Nazirliyi də, gəmidəki vətəndaşlarını təxliyə edəcəyini bildirib. Kruiz gəmisində 255 Kanada vətəndaşının olduğu bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [20:55]
Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammiti keçirilir
- 08.05.2024 [19:29]
Gürcüstan DİN ölkədə aksiya keçirmək istəyənlərə sərt xəbərdarlıq edib
- 08.05.2024 [19:05]
Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb
- 08.05.2024 [18:10]
Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb
- 08.05.2024 [18:07]
Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək
- 08.05.2024 [17:15]
Alimlər beyində yeni yaddaş mexanizmi aşkar ediblər
- 08.05.2024 [16:41]