CƏMİYYƏT
Bəzi tibbi ləvazimat və preparatların ölkədən aparılması müvəqqəti məhdudlaşdırılıb
Bakı, 17 fevral, AZƏRTAC
Bəzi tibbi ləvazimat və preparatların ölkədən aparılması müvəqqəti məhdudlaşdırılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov “Bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” Qərar imzalayıb.
Qərara əsasən, yeni koronavirusla (2019-nCoV) mübarizədə istifadə olunan bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) Azərbaycan Respublikasının ərazisindən aparılması məhdudlaşdırılıb. Səhiyyə və Xarici İşlər nazirlikləri, eləcə də Dövlət Gömrük Komitəsi bu Qərardan irəli gələn məsələləri həll edəcək. Qərar 2020-ci il mayın 1-dək qüvvədədir.