ELM VƏ TƏHSİL
Xəzər Universitetinin CBELT layihəsi çərçivəsində təlimləri davam edir
Bakı, 17 fevral, AZƏRTAC
Xəzər Universiteti ilə ABŞ-ın Azərbaycandakı səfirliyi arasında tərəfdaşlıq nəticəsində CBELT layihəsi tərəfindən Bakı və Sumqayıt şəhərlərinin məcburi köçkün məktəblərinin ingilis dili müəllimləri üçün başlanan təlimlər uğurla davam etdirilir.
Universitetdən AZƏRTAC-a bildirilib ki, təlim çərçivəsində ali təhsil ocağının müəllimləri Pərvanə Babayeva, Xəyalə Fətullayeva, Jalə Hüseynova, Gülnur Nəbiyeva, Səyyarə Quliyeva, Pərvin Kərimova müasir texnologiyalardan istifadə edərək, interaktiv dərslərin keçirilməsini təmin edirlər. Gün ərzində davam edən məşğələlərdə müdavimlər müzakirələrdə fəal iştirak edirlər. Hazırda onlar “Case Study” metoduna əsaslanaraq, ingilis dilində düzgün yazma və eşitmə qabiliyyətini öyrətmək və inkişaf etdirmək üçün yeni strategiya və metodlar öyrənirlər.