İQTİSADİYYAT
Azərbaycan məhsulları Dubaydakı beynəlxalq sərgidə nümayiş edilir
Bakı, 18 fevral, AZƏRTAC
Azərbaycan məhsulları Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində öz işinə başlayan “Gulfood 2020” beynəlxalq qida sərgisində nümayiş olunur.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə sərgidə süd və süd məhsulları, bal, fındıq, meyvə şirələri, qənnadı, tərəvəz və konserv məhsulları, qurudulmuş meyvə və xurma istehsalı sahəsində fəaliyyət göstərən Azərbaycanın 20 şirkəti məhsullarını təqdim edir.
Sərgi fevralın 20-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [14:45]
Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb
- 26.04.2024 [12:12]
“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib
- 26.04.2024 [11:14]