REGİONLAR
Azərbaycan Dövlət Aqrar Universitetində könüllülərlə görüş keçirilib
Gəncə, 20 fevral, Rauf Hacıyev, AZƏRTAC
Prezident İlham Əliyev tərəfindən 2020-ci ilin “Könüllülər ili” elan edilməsi ilə əlaqədar olaraq Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) könüllülərlə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbiri açan universitetin tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova bu gün gənclər siyasətinin uğurla davam etməsindən, gənclərə göstərilən diqqətdən danışıb.
Daha sonra Aqrar İnkişaf Könüllüləri Təşkilatının sədri Kamran Əliyev tələbələrə könüllülərin iş fəaliyyəti haqqında məlumat verib.
Tələbələrə könüllülüyün faydaları haqqında çıxış edən universitetin daxili nəzarət şöbəsinin müdiri Namiq Cəfərov görüləcək işlər haqqında tələbələri məlumatlandırıb.
Daha sonra tələbələrin sualları cavablandırılıb.