DÜNYA
Türkiyə Silahlı Qüvvələrinin 62 hərbi qulluqçusu FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinərək həbs edilib
İstanbul, 22 fevral, AZƏRTAC
Türkiyənin İzmir də daxil olmaqla 43 şəhərində antiterror əməliyyatı həyata keçirilib. Əməliyyatlar zamanı Türkiyə Silahlı Qüvvələrinin FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinərək saxlanılan 99 hərbi qulluqçusundan 62-si həbs edilib.
AZƏRTAC xəbər verir ki, İzmir Prokurorluğu tərəfindən aparılan araşdırma zamanı Silahlı Qüvvələrin 157 əməkdaşının terror təşkilatının üzvləri ilə məxfi telefon danışıqları apardıqları müəyyənləşdirilib. Fevralın 18-də bu istiqamətdə aparılan genişmiqyaslı əməliyyat nəticədə şübhəli bilinən şəxslərin böyük əksəriyyəti saxlanılıb.
Əməliyyatlar davam etdirilir.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [15:28]
Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb
- 19.04.2024 [15:00]
Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb
- 19.04.2024 [14:52]
Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib
- 19.04.2024 [14:50]
Latviyada yeni xarici işlər naziri təyin edilib
- 19.04.2024 [14:16]
Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib
- 19.04.2024 [13:55]
Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir
- 19.04.2024 [13:34]
Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır
- 19.04.2024 [13:31]