SİYASƏT
Bu gün Berlində ümumavropa Qarabağ mitinqi keçiriləcək
Berlin, 22 fevral, AZƏRTAC
Bu dəqiqələrdə Berlində – Brandenburq qapıları qarşısındakı meydanda hələlik qələbəlik müşahidə olunmur.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, istər Almaniyada, istərsə də Avropa İttifaqının digər ölkələrində yaşayan azərbaycanlılar – qocalar, cavanlar, qadınlar və kişilər artıq meydana toplaşmağa başlayıblar. Onlar ümumavropa səviyyəsində möhtəşəm Qarabağ mitinqinə hazırlaşırlar.
Aksiya Brandenburq qapıları qarşısındakı meydanda keçiriləcək.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin