SİYASƏT
Ümumavropa Qarabağ mitinqinin iştirakçıları Brandenburq qapıları qarşısındakı meydana toplaşmağa davam edirlər
Berlin, 22 fevral, AZƏRTAC
Bir neçə dəqiqədən sonra başlayacaq Ümumavropa Qarabağ mitinqinin iştirakçıları Brandenburq qapıları qarşısındakı meydana toplaşmağa davam edirlər. Ardı-arası kəsilmədən meydana yan alan avtobuslardan Avropanın müxtəlif ölkələrindən olan Azərbaycan diaspor təşkilatlarının fəalları düşürlər.
AZƏRTAC xəbər verir ki, Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş kütləvi mitinqdə yüzlərlə həmvətənimiz iştirak edəcək. Mitinq hələ başlamayıb, lakin meydanda olan iştirakçılar artıq milli mahnılar oxuyurlar. Hər yerdə Azərbaycan bayraqları dalğalanır. Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra səslənir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin