ELM VƏ TƏHSİL
Radiasiya Problemləri İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir
Bakı, 22 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir. Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib.
Vakant yerlər müəssisənin Yarımkeçiricilərin radiasiya fizikası, Heterogen proseslərin radiasiya kimyası, Radiobiologiya laboratoriyalarına elmi işçi, həmçinin Yarımkeçiricilərin radiasiya fizikası, Ətraf mühitin radiasiya kimyası və Radiokimya laboratoriyalarına kiçik elmi işçi vəzifələrinə 1 yerdir.
Müsabiqədə uyğun elm sahələri üzrə təcrübəli mütəxəssislər iştirak edə bilər.
Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq bir ay müddətində bu ünvana təqdim edilməlidir: Bakı şəhəri, Bəxtiyar Vahabzadə, 9, telefon: (+994 12) 439 33 91.