ELM VƏ TƏHSİL
Qazaxıstanlı tələbə: Xocalı soyqırımı insanlığa qarşı törədilən qanlı cinayətdir VİDEO
Nur-Sultan, 22 fevral, AZƏRTAC
Azərbaycanın Xocalı şəhərində törədilən soyqırımı qəddarlığına və amansızlığına görə ən üzücü hadisələrdən biridir. Xocalı faciəsi insanlığa qarşı törədilən qanlı cinayətdir.
Bu fikri AZƏRTAC-a müsahibəsində Qazaxıstanın Milli Avrasiya Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin tələbəsi Raxat Mayikenov söyləyib. O vurğulayıb ki, 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində törədilən soyqırımında hədəf kimi dinc insanların, xüsusilə qadın və uşaqların seçilməsi insanın ürəyini sızladır. Belə cinayətlərin XXI əsrdə təkrarlanmasına yol verilməməlidir. Bunun üçün dövlətlər və xalqlar beynəlxalq hüququn normalarına, digər dövlətlərin beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünə hörmət etməlidir.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan