REGİONLAR
Füzuli Tarix-Diyarşünaslıq Muzeyində uşaqlara Xocalı faciəsi haqqında məlumat verilib
Füzuli, 25 fevral, AZƏRTAC
Vətənə məhəbbət hisslərinin, tariximizə marağın erkən yaşlardan aşılanması məqsədilə Füzuli rayonunda məktəbəqədər müəssisələrdə təhsil alan uşaqların Horadiz şəhərində yerləşən Tarix-Diyarşünaslıq Muzeyinə mütəmadi olaraq ekskursiyaları təşkil edilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, növbəti ekskursiyada rayonun işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən Kərimbəyli və Aşağı Yağlıvənd kənd körpələr evi-uşaq bağçalarının uşaqları iştirak edib.
Ekskursiya zamanı muzeyin müxtəlif guşələri ilə tanış olan uşaqlar Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş fotoguşəyə də baxış keçiriblər. Muzeyin bələdçiləri balacalara Xocalı faciəsi haqqında ümumi məlumat verib, uşaqlar mövzuya uyğun şeirlər söyləyiblər.