İDMAN
UEFA Çempionlar Liqası: “Real Madrid” klubu “Mançester Siti”ni, “Lion” isə “Yuventus”u qəbul edəcək
Bakı, 26 fevral, AZƏRTAC
Fevralın 26-da UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün səkkizdədir final mərhələsinin daha iki oyunu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Fransanın “Lion” klubu İtaliyanın “Yuventus” komandasını qəbul edəcək. Meydan sahibləri matça ciddi itkilərlə çıxacaqlar. Müdafiəçilər Rafael və Yussuf Kone, yarımmüdafiəçi Ren-Adelaid Jeff və hücumçu Memfis Depay zədəlidir. Turin klubunda isə zədədən sonra bərpa dövrünü keçən yarımmüdafiəçi Duqlas Kosta və Sami Xediranın qarşılaşmada iştirakı sual altındadır.
Günün digər matçında “Real Madrid” klubu İngiltərənin “Mançester Siti” komandasını qəbul edəcək. “Kral klubu”nda yarımmüdafiəçi Marko Asensio ilə hücumçu Eden Hazard zədəlidir. “Şəhərlilər”də isə Leroy Sane və Rəhim Sterlinqin durumuna hələ aydınlıq gəlməyib.
Bu komandalar arasındakı cavab görüşləri martın 17-də keçiriləcək.