İQTİSADİYYAT
2019-cu ildə paytaxtda muzdla işləyənlərin orta aylıq əməkhaqqı 867 manat olub
Bakı, 28 fevral, AZƏRTAC
2019-cu ildə Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 867 manat təşkil edib.
AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə reallaşdırılan kompleks sosial islahatlar nəticəsində sentyabrın 1-dən ölkədə minimum aylıq əməkhaqqı məbləğinin 250 manata qaldırılması, dövlət qulluqçularının, dövlət büdcəsindən maliyyələşən bir sıra idarə, müəssisə və təşkilatlarda, Dövlət Neft Şirkətində çalışan işçilərin əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması, bununla əlaqədar özəl sektorda çalışanların da əməkhaqlarının yüksəldilməsi və bu sahədə şəffaflaşma proseslərinin sürətləndirilməsi nəticəsində 2019-cu ilin dekabr ayında şəhər üzrə orta aylıq nominal əməkhaqqı 1012,7 manata çatıb. Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 19,1 faiz, 2019-cu ilin noyabr ayı ilə müqayisədə isə 8,4 faiz çoxdur.