REGİONLAR
Yoldaşlıq görüşündə şərurlu voleybolçular qələbə qazanıblar
Naxçıvan, 28 fevral, AZƏRTAC
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında keçirilən voleybol üzrə yoldaşlıq görüşü başa çatıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Voleybol Federasiyasının birgə təşkil etdiyi görüşdə Şərur və Ordubad rayon komandaları üz-üzə gəlib.
Görüşün keçirilməsində məqsəd muxtar respublikada voleybol idman növünün inkişafı, şəhər və rayon voleybol komandaları arasında dostluq münasibətlərinin qurulması olub.
Qarşılaşmaya gəlincə, daha üstün oyun sərgiləyən şərurlu voleybolçular 3:0 hesabı ilə qələbə qazanıblar.
Sonda hər iki komandaya federasiya tərəfindən voleybol topu hədiyyə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]
Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO
- 23.04.2024 [17:33]
Şəkidə ağacəkmə aksiyası keçirilib
- 23.04.2024 [15:42]
Sumqayıt rəssamları Şuşaya səfər ediblər
- 23.04.2024 [14:43]