REGİONLAR
“2019–cu ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının xülasəsi” işıq üzü görüb
Naxçıvan, 28 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən hazırlanan “2019–cu ildə Naxçıvan Muxtar Respublikasının sosial–iqtisadi inkişafının xülasəsi” nəşr edilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, nəşrdə 2019-cu ildə Naxçıvan Muxtar Respublikasında həyata keçirilən sosial-iqtisadi islahatlar, ərzaq, enerji və müdafiə təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlər ardıcıllıqla öz əksini tapıb.
Xülasədə ötən il istifadəyə verilən şəhər və rayon mərkəzlərinin, yeni yolların, məktəblərin, kənd yaşayış məntəqələrində inşa edilən sosial obyektlərin, inzibati binaların, yaradılan istehsal sahələrinin, ordu, birləşmə və hissələrdə tikilən yeni xidmət və yaşayış komplekslərinin fotoşəkilləri yer alıb.
Qeyd edək ki, “2019–cu ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının xülasəsi” Naxçıvan şəhərində fəaliyyət göstərən “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi tərəfindən nəfis tərtibatda çap olunub.