Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

142 illik tarixə malik milli mətbuatımız zəngin və şərəfli yol keçib

142 illik tarixə malik milli mətbuatımız zəngin və şərəfli yol keçib

Bakı, 20 iyul, AZƏRTAC

YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin milli mətbuatımızın yaranmasının 142 illiyi ilə bağlı AZƏRTAC-a müsahibəsi

- Vüqar müəllim, milli mətbuatımızın 142 illiyini qeyd edirik. Mətbuatımızın bu müddətdə keçdiyi inkişaf yolunu necə dəyərləndirərdiniz?

- Bu günümüzün reallıqlarına söykənərək, deyə bilərik ki, hər gün, hər saat Azərbaycan tarixinə bir uğur səhifəsini əlavə edir. Bu nöqteyi-nəzərdən yanaşdıqda, ötən 142 ilin mətbuatımızın inkişafında oynadığı rol daha aydın görünür. Bir məqamı da nəzərə alsaq ki, hər bir məsələnin həllində təbliğat işinin lazımi səviyyədə qurulması xüsusi önəm kəsb edir, bu halda həqiqət carçısı kimi mətbuatın zamanın tələblərinə uyğun olaraq təkmilləşməsi, yeniləşməsi mütləqdir. Mətbuat bütün dövrlərdə həqiqətlərin təbliğatçısı kimi öndə olub. Mətbuatın müasir inkişaf tarixindən bəhs etdikdə isə sözsüz ki, müstəqillik tariximizi xüsusi qeyd etməliyik.

Dövlət müstəqilliyimizin bərpasından keçən 26 ilə yaxın bir müddətdə Azərbaycanın keçdiyi inkişaf yolu göz önündədir. Bu gün ölkəmiz dünyanı heyrətləndirən uğurları, inkişaf modeli ilə nümunə göstərilir, təqdir edilir. Müstəqilliyimizin ilk illərində Azərbaycanın yaşadıqları hər kəsə məlumdur. Bu uğursuzluqlar fonunda mətbuatımız da çətinliklərlə üzləşmişdi. Təbii ki, o dövrdə mətbuat azadlığından danışmaq qeyri-mümkün idi. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın inkişaf tarixində yeni bir mərhələnin əsasını qoydu. Uğurlu daxili siyasət nəticəsində ölkədə sabitliyin yaradılması bütün istiqamətlərdə inkişafa yol açdı. O cümlədən mətbuat cəmiyyətin güzgüsü olaraq öz missiyasını daha yüksək səviyyədə yerinə yetirməyə başladı, qanunvericilik bazası təkmilləşdi, qəbul olunan qanunlar bu inkişafa öz töhfəsini verdi. Ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanı ilə mətbuat üzərindən senzuranın ləğvi demokratik, dünyəvi və sivil dövlət quruculuğu yolunu tutan Azərbaycan mətbuatının qarşısında yeni imkanlar açdı. Bir sözlə, azad mətbuatın inkişafına əngəl yaradan süni məhdudiyyətlərin aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması, KİV-in maddi-texniki bazasının möhkəmləndirilməsi, mətbuat işçiləri ilə mütəmadi görüşlər ənənəsinin yaradılması, KİV-lə bağlı problemlərə operativ və prinsipial müdaxilə ulu öndər Heydər Əliyevin azad sözə və onun daşıyıcılarına münasibətini səciyyələndirən faktlardır. Məhz bu diqqət və qayğının nəticəsidir ki, ulu öndər Heydər Əliyev 2002-ci ildə “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdü.

Son 14 ilə yaxın dövrdə ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi yeni-yeni hədəflərin müəyyənləşdirilməsini, onlara çatmaq yollarını stimullaşdırdı. Bu təkmilləşmə mətbuatımızdan da yan keçmədi. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə KİV-in İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının təsdiqlənməsi, bu sənədə uyğun olaraq Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da deyilənlərin təsdiqidir. Fondun yaradılmasında məqsəd təbii ki, azad mətbuatı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını, o cümlədən jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət göstərməkdir. Fondun, Mətbuat Şurasının müxtəlif nazirliklərlə birlikdə mütəmadi olaraq ayrı-ayrı mövzularda keçirdikləri yazı müsabiqələri müstəqil mətbuatın inkişafına, jurnalistlərin peşəkarlığının artırılmasına, yaradıcılıq imkanlarının genişləndirilməsinə öz müsbət təsirini göstərir.

Dövlətimizin başçısı İlham Əliyev Mətbuat Şurasının yeni binasının açılışında deyib: “Hesab edirəm ki, peşəkarlıq artdıqca, jurnalistikada bax, qeyd etdiyiniz, bu reket məsələləri də aradan qaldırılacaqdır. Ondan sonra bizim milli adət-ənənələrimizə xas olmayan başqa məqamlar da aradan qaldırılacaqdır. Təhqirlərə, böhtanlara, yalanlara son qoyulacaqdır. Mən hesab edirəm ki, bunun vaxtı çatıbdır”. Prezident, eyni zamanda, “Kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin əsas məqsədi müstəqil, peşəkar, rəqabətədavamlı, eyni zamanda, milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl edən media resurslarının formalaşdırılmasıdır. Qlobal informasiya məkanının beynəlxalq ictimai rəyə təsirinin gücləndiyi müasir dövrdə mətbuatımız Azərbaycan xalqının maraqlarını daim müdafiə etməli, cəmiyyətimizin tərəqqisinə, dövlətimizin nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini əsirgəməməlidir” fikirləri ilə Azərbaycan mətbuatının qarşısında dayanan vəzifələri diqqətə çatdırır. Tarixin yaddaşı, zamanın hakimliyi fonunda böyük inam və qətiyyətlə qeyd edə bilərik ki, Azərbaycan mətbuatı bu gün inkişafın yeni mərhələsini yaşayır.

Prezident İlham Əliyev cəmiyyət həyatında mətbuatın rolunu yüksək dəyərləndirərək, bildirir ki, hüquqi dövləti mətbuatsız təsəvvür etmək qeyri-mümkündür. Ən əsası müasir dünyada azad medianın səviyyəsi hər bir ölkənin inkişaf səviyyəsini göstərir. Azərbaycan qarşısına inkişaf etmiş ölkələr sırasında addımlamaq hədəfini qoyub. Belə olan halda təbii ki, media ilə bağlı məsələlər də ən yüksək səviyyədə öz həllini tapmalıdır. Heç şübhəsiz ki, ölkəmizin sürətlə inkişaf etdiyi, demokratikləşmə prosesinin dərinləşdiyi, cəmiyyət həyatının bütün sahələrinin yeniləşdiyi, müasirləşmənin, modernləşmənin dövlət siyasətinin ana xəttini təşkil etdiyi müasir dövrdə kütləvi informasiya vasitələrinin, o cümlədən milli mətbuatımızın qarşısında yeni vəzifələr durur. Bu vəzifələr bir daha belə bir reallığı təsdiqləyir ki, hər dövrün öz tələbi var. Bu tələblərdən irəli gələn addımlar, imzalanan fərman və sərəncamlar yenilikləri, uğurları şərtləndirir. Bu mənada deyə bilərik ki, 142 illik tarixə malik milli mətbuatımız zəngin və şərəfli yol keçib, böyük uğurlara imza atıb.

- Mətbu orqanın rəhbəri kimi, ictimai fikrin formalaşmasında əsas rol oynayan yazılı və elektron KİV-də bütün dövrlər üçün aktuallığını saxlayan jurnalist peşəkarlığından və məsuliyyətindən nə dərəcədə razısınız?

- Bu gün böyük fəxr hissi ilə qeyd ediriksə ki, Azərbaycan azad mətbuatın inkişaf etdiyi ölkələr sırasındadır, bu halda hər bir mətbu orqanın, media nümayəndəsinin üzərinə düşən məsuliyyət daha aydın görünür. Hazırda Azərbaycan əhalisinin təxminən 80 faizi internet istifadəçisidir. Bu günün əsas tələbi budur ki, ictimaiyyətin informasiya tələbatı yüksək səviyyədə ödənilsin. Eyni zamanda, günümüzün digər çağırışı informasiya təhlükəsizliyinin təmin edilməsidir. Təbii ki, bu çağırışlar özlüyündə jurnalist məsuliyyəti və peşəkarlığını aktuallaşdırır. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında bu məqamı hər zaman önə çəkir ki, jurnalistlərin peşəkarlığı, məsuliyyəti, dəqiq informasiyanın ötürülməsi çox vacib məsələlərdir: “Bu gün dünyada gedən proseslər, təsir uğrunda aparılan mübarizələr, - açıq və gizli mübarizələr, - əlbəttə ki, Azərbaycandan da yan keçə bilməz. Ölkəmizin önəmi, təbii resurslarımızın mövcudluğu, müstəqil siyasətimiz və öz gücümüzə olan inamımız, əlbəttə ki, Azərbaycanı bu sahədə çox cəlbedici ölkəyə çevirir. Azərbaycanı təsir altına salmaq, təzyiq etmək, öz tərəfinə çəkmək cəhdləri son 10 il ərzində durmadan aparılır. Bəzi məsələlərdən media nümayəndələri xəbər tuturlar, bəzi məsələləri onlar çox düzgün təhlil edirlər. Məhdud da olsa məlumatdan istifadə edib düzgün təhlil aparmaq üçün imkanlar vardır. Amma bir çox məsələlər cəmiyyət üçün qaranlıq olaraq qalır. Ancaq deyə bilərəm ki, bu mübarizə davam edir və Azərbaycanın müstəqil xətti, xüsusilə xarici siyasət, enerji resurslarının nəqli, daxili siyasət, Qarabağ məsələsi ilə bağlı barışmaz mövqeyi bəzi dairələri hərəkətə gətirir. Belə olan halda ölkəmizin inkişafı ilə bağlı atılan addımlarımız bəzi dairələrdə narahatlıq doğurur. Belə olan halda müxtəlif üsullardan istifadə edilə bilər və istifadə də edirlər - “qara piar” kampaniyası, ölkəmizi ləkələmək cəhdləri. Azərbaycanı qeyri-demokratik ölkə kimi təqdim etməyə çalışırlar, seçkilərlə bağlı hərdənbir, yəni beş ildə bir dəfə fürsət düşdükcə istifadə edirlər. Bütün bu reallıqları Azərbaycan cəmiyyəti bilir və bilməlidir. Belə olan halda biz özümüzü, müstəqil xəttimizi qorumaq üçün, əlbəttə ki, daha da güclü olmalıyıq”. Dövlətimizin başçısı İlham Əliyev bu reallıqlara söykənərək, belə bir tezisi irəli sürür - Azərbaycan mediası daim inkişaf etməlidir. Bu məqsədi şərtləndirən amil isə budur: “Əgər biz keçmiş illərə nəzər salsaq görərik ki, son illərdə Azərbaycan jurnalistikası doğrudan da böyük yol keçmişdir. Bu, sadəcə xoş sözlər deyil, bu, həqiqətdir. Əgər 15 il bundan əvvəlki qəzetləri vərəqləsək görərik ki, orada daha çox böhtan, təhqir, iftira mövzuları üstünlük təşkil edirdi. Bəzi hallarda bu, bu gün də vardır. Ancaq onların miqdarı xeyli azalıbdır. Ona görə məsuliyyət və peşəkarlıq, dəqiq informasiya mütləq hər bir medianın imicini göstərir”.

Siyasi əqidəsindən, mənsubiyyətindən asılı olmayaraq hər bir mətbu orqan dövlətçilik maraqlarını öndə saxlamalı, vətənpərvərlik, milli şüur kimi prinsipləri əsas tutmalıdır.

Bir əsas məqamı da xüsusi qeyd etməliyəm ki, dövlətimizin başçısı İlham Əliyevin jurnalistlərə diqqət və qayğısının nəticəsidir ki, o, üç dəfə “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin keçirdiyi sorğuya əsasən “Jurnalistlərin dostu” mükafatına layiq görülüb. Qeyd edək ki, Prezident İlham Əliyevin üçüncü dəfə layiq görüldüyü “Jurnalistlərin dostu” mükafatı ilə bağlı sorğu 2017-ci il iyunun 20-dən iyulun 15-dək kütləvi informasiya vasitələri arasında keçirilib. Sorğunun nəticələrinə əsasən, səsvermədə iştirak edənlərin böyük əksəriyyəti Prezident İlham Əliyevi “Jurnalistlərin dostu” adına layiq görüb. Jurnalistlər üçün tikilmiş ikinci binanın istifadəyə verilməsi mərasimində Prezident-media dostluğunun simvoluna çevrilmiş “Jurnalistlərin dostu” mükafatı dövlətimizin başçısı İlham Əliyevə təqdim olundu. “Jurnalistlərin dostu olmaq mənim üçün böyük şərəfdir” deyən Prezident İlham Əliyev bildirir ki, aldığı bu mükafatdan asılı olmayaraq, bundan sonra da Azərbaycanda bu sahədə daha da böyük addımlar atılacaq: “Ölkədə müasir jurnalistikanın formalaşması işində Azərbaycan dövləti və Prezident kimi mən səylərimi əsirgəməyəcəyəm”.

- Vüqar müəllim, rəhbərlik etdiyiniz “İki sahil” qəzetinin 26 yaşı tamam oldu. “İki sahil”in çoxsaylı mətbu orqanlar sırasında özünəməxsus yer tutmasını şərtləndirən amillər hansılardır?

- Azərbaycanda demokratik inkişafın əsas göstəricilərindən biri qeyd etdiyimiz kimi, mətbuat azadlığının mövcudluğu və bu istiqamətdə atılan addımların davamlı xarakter almasıdır. Azərbaycan mətbu orqanların sayına görə MDB məkanında öncül yerlərdə dayanır. Müstəqillik tariximizdə istər ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə, yəni 1993-2003-cü illərdə, istərsə də son 14 ilə yaxın müddətdə, yəni, Ümummilli Liderin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi dövrdə mətbuata göstərilən diqqət və qayğıdan rəhbərlik etdiyim “İki sahil” qəzetinə də böyük pay düşüb. “İki sahil”in bu gün çoxsaylı mətbu orqanlar arasında özünəməxsus yer tutmasında təbii ki, əqidəsinə, tutduğu yola sadiqliyi böyük rol oynayır. Qəzetimiz yarandığı gündən dövlətə, dövlətçiliyə, xalqa xidməti əsas prinsip kimi qəbul edib, bu gün də bu yolda inamla addımlayır. “İki sahil” qəzetinin çoxsaylı kollektivi bütün dövrlərdə Azərbaycan reallıqlarının təbliğində üzərilərinə düşən missiyanı layiqincə yerinə yetirib. 22 iyul-Milli Mətbuat Günü ərəfəsində olduğumuzu nəzərə alaraq, bu məqamı da xüsusi qeyd etməliyəm ki, ötən illər ərzində qəzetimizin fəaliyyəti daim yüksək dəyərləndirilib, əməkdaşlarımızın bir qismi “Əməkdar jurnalist” adına layiq görülüb, medallarla təltif olunublar. Jurnalistlərin mənzil şəraitlərinin yaxşılaşdırılması ilə bağlı imzalanan müvafiq Sərəncama uyğun olaraq hədiyyə olunan evlərdən bizim əməkdaşlara da pay düşüb. Təbii ki, dövlətin mətbuatın inkişafına, jurnalist peşəkarlığının artırılmasına göstərdiyi diqqət və qayğı digər mətbu orqanlar kimi, “İki sahil”in də məsuliyyət hissini artırır. Çalışırıq ki, bütün səylərimizi birləşdirərək, Azərbaycan reallıqlarının təbliğinə, ölkəmizin hərtərəfli inkişafına, dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə öz töhfəmizi verək. 26 ildə bu missiyanı necə yerinə yetirmişik, bunu oxucu auditoriyamızın günbəgün genişlənməsi də təsdiqləyir.

- Dövlətimizin mətbuatın inkişafına göstərdiyi diqqət və qayğı sırasında jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılmasını xüsusi qeyd etməliyik. Bu, dünyada analoqu olmayan addımdır…

- Mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı imzalanan davamlı sərəncamlar media ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır. Təbii ki, dövlətimizin bu addımı da iqtisadi inkişafa əsaslanır. İlk Sərəncam 2010-cu ildə milli mətbuatımızın 135 illiyi ərəfəsində imzalandı. Sərəncama uyğun olaraq mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrıldı. Milli mətbuatın 138 illiyində həmin binanın açılışı oldu. 17 mərtəbəli, iki bloklu, 156 mənzilli bina jurnalistlərin istifadəsinə verildi. Ev alan jurnalistlər arasında heç bir ayrı-seçkiliyin qoyulmaması, yəni siyasi mövqeyindən asılı olmayaraq, bütün media nümayəndələrinin bu qayğıdan bəhrələnməsi dövlətimizin azad mətbuatın inkişafında diqqətinin bariz nümunələrindən biri idi.

2013-cü ildə Prezidentimiz “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” növbəti Sərəncam imzaladı. Sərəncamda qeyd olunduğu kimi, Azərbaycanın dinamik inkişaf etdiyi, demokratikləşmə prosesinin getdikcə dərinləşdiyi, cəmiyyət həyatının bütün sahələrinin yeniləşdiyi müasir dövrdə kütləvi informasiya vasitələrinin səmərəli fəaliyyətinə daha etibarlı şərait yaradılması dövlətin diqqət mərkəzində duran əsas məsələlərdən biridir. Son illər milli mətbuata ayrılan dövlət yardımlarının həcmi xeyli artırılıb, KİV redaksiyaları və fərdi jurnalist layihələrinə hərtərəfli dəstək göstərilib, media işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. İyulun 20-də ikinci - 17 mərtəbəli, üç bloklu, 255 mənzilli binanın təntənəli açılış mərasimi keçirildi. Tədbirdə çıxış edən Prezident İlham Əliyev bu xatırlatmanı etdi: “4 il bundan əvvəl birinci binanın açılışında mən demişdim ki, yəqin gələcəkdə bu əraziyə “Jurnalistlər şəhərciyi” deyiləcək və bu, belə də oldu. Artıq bu gözəl yer “Jurnalistlər şəhərciyi”dir, burada üçüncü bina da tikiləcək. Əlbəttə ki, biz jurnalistlərin məişət problemlərinin həlli üçün gələcəkdə əlavə tədbirlər görəcəyik. Mənə deyiblər ki, burada yeni yola ehtiyac var. Çünki indi yol bir tərəfdən çəkilibdir, ona görə müvafiq göstəriş verilibdir ki, hər iki tərəfə çıxış olsun, insanlar burada daha da rahat yaşasınlar”. Prezident İlham Əliyev bu reallığı bir daha diqqət çatdırdı: “Bu binalarda yaşayan və bundan sonra yaşayacaq jurnalistlər müxtəlif siyasi spektrə aiddir və burada da heç bir ayrı-seçkiliyə yol verilmədi. Müxtəlif siyasi baxışları, müxtəlif partiyaların üzvləri olan insanlar burada bir yerdə bir ailə kimi yaşayacaqlar. Əslində, Azərbaycan cəmiyyəti də bu istiqamətdə inkişaf edir. Azərbaycanda milli həmrəylik var. Azərbaycan cəmiyyəti vahid amal ətrafında birləşib. Bizdə olan inkişaf, sabitlik, əmin-amanlıq, əlbəttə, bu gün siz də yaxşı bilirsiniz ki, dünyanın bir çox yerlərində öyrənilir, bəzən təəccüblə qarşılanır”.

Onu da qeyd edək ki, dövlətimizin başçısı İlham Əliyevin “Kütləvi informasiya vasitələri əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 19 iyul tarixli Sərəncamına uyğun olaraq, kütləvi informasiya vasitələri əməkdaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün növbəti yaşayış evinin tikintisi ilə bağlı Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna ilkin olaraq 5 milyon manat vəsait ayrıldı.

Göründüyü kimi, ölkəmizin iqtisadi inkişafı digər sahələr kimi, mətbuatın da inkişafı istiqamətində davamlı addımların atılmasını stimullaşdırır.

- Vüqar müəllim, müharibə şəraitində yaşayan ölkə olduğumuzu nəzərə alsaq, mətbuatın üzərinə düşən mühüm missiyalardan biri də Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasıdır. Sizcə, mətbuat bu vəzifəni necə yerinə yetirir?

- XXI əsr informasiya mübarizəsi əsridir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, internetin mövcudluğu əlbəttə ki, bu mübarizəni daha da kəskinləşdirir. Biz buna hazır olmalıyıq, biz öz reallıqlarımızı dünya birliyinə çatdırmalıyıq. Prezident İlham Əliyev bildirir: “Burada əlbəttə ki, əsas vəzifəni, ilk növbədə, dövlət öz üzərinə götürür. Ancaq media nümayəndələri də çalışmalıdırlar ki, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyimizi dünya birliyinə çatdırsınlar. Müxtəlif dillərdə internet resursları yaradılmalıdır. Dağlıq Qarabağla bağlı tarixi həqiqətlər dünya birliyinə çatdırılmalıdır. Belə olan halda biz informasiya mübarizəsində daha da böyük uğurlara nail ola biləcəyik. Hər halda, son illər ərzində Azərbaycan informasiya blokadasından çıxa bilmişdir. Bir çox hallarda erməni lobbisinə çox böyük zərbələr endirə bilmişdir. Ancaq bu mübarizə davam edir və davam edəcəkdir. Ona görə də biz buna hazır olmalıyıq”.

Möhtərəm Prezidentimizin hər bir çıxışında Dağlıq Qarabağ məsələsinin gündəlik işimiz olması ən mühüm çağırış kimi səsləndirilir. Ümummilli məsələlərdə birlik, həmrəylik vacibdir. Siyasi əqidəsindən, mövqeyindən asılı olmayaraq bütün mətbu orqanları, media nümayəndələri əsas problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin açıqlanmasına öz töhfələrini verməlidir. Azərbaycanın diplomatik uğurları, eyni zamanda, iqtisadi imkanlarının artması fonunda yüksələn nüfuzu bu problemimizin də tezliklə öz ədalətli həllini tapacağına əminlik yaradır. Aprel döyüşləri Azərbaycan Ordusunun gücünün nümayişi oldu. Həmçinin Cocuq Mərcanlı kəndinə qayıdış Böyük Qayıdışın başlanğıcı kimi dəyərləndirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın üçrəngli bayrağının Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil.

Fürsətdən istifadə edərək 22 iyul - Milli Mətbuat Günü münasibətilə bütün həmkarlarımı təbrik edir, onlara qələbə sevincinin müjdəçisi olmağı arzulayıram.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Təhlükəsiz məktəb” sosial layihəsi çərçivəsində fövqəladə hllarla bağlı davranış qaydaları barədə məlumat verilib

Tətildən sonra ilk dərs gününün tarixi açıqlanıb

Bayram günlərində bölgələrdə hava necə olacaq?

Təhsil müəssisələrində bayram şənlikləri keçirilib

Qazaxın sərhəd kəndinin sakinləri İlaxır çərşənbəni necə qarşılayırlar? REPORTAJ

ATMU-da bayram festivalı: “Yurdumuza bahar gəlir”

700 mindən çox pensiya, müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb

AQTA “Ana südü əvəzedilməzdir” adlı layihəyə start verir

AzMİU-nun müəllim və tələbələri Belçikada pilot tədris həftəsində iştirak ediblər

Qar uçqunu Türkiyənin şərqində 158 yaşayış məntəqəsi ilə əlaqəni iflic edib

Dövlət Su Ehtiyatları Agentliyi gücləndirilmiş iş rejimində çalışacaq

® Balaxanı Əməliyyat Şirkətinin rəhbər və işçi heyəti İlaxır çərşənbəsini qeyd edirlər

FHN-in nümayəndə heyəti Türkiyədə səfərdə olub

Britaniyanın rəsmi sikkəsində “Ulduz müharibələri” filmindən “Minilliyin şahini” təsviri yer alıb

Qlobal qeyri-sabitlik fonunda ölkəmizdəki təhlükəsiz mühit Azərbaycanı beynəlxalq tədbirlər üçün ideal məkana çevirir – RƏY

BDU-nun şəhid məzunu Namiq Cavadovun ailəsi ziyarət olunub

BMU-da əcnəbi tələbələr üçün “Multikultural Novruz bayramı” adlı tədbir keçirilib

Almaniyalı futbolçu mövsümün sonunda karyerasını bitirmək istəyir

BDU “Erasmus+ DIRNA” layihəsinin növbəti təlimində təmsil olunub

Ağalı sakinləri İlaxır çərşənbəni qeyd ediblər FOTO VİDEO

Akademik: Ekoloji terrora məruz qalmış Azərbaycan torpaqlarının və meşə resurslarının bərpası dövrümüzün ən böyük çağırışıdır

® “Coca-Cola” gəncləri Novruz bayramı münasibətilə təbrik etdi

® Gəncədən məktəbli qız informatika sahəsi üzrə dünyanın ən nüfuzlu universitetinə qəbul olub

Azərbaycan ilə Çin arasındakı qarşılıqlı faydalı əməkdaşlıq mühüm perspektivlərə malikdir

Çiçəkçilik sevdası: Hobbi necə biznesə çevrildi? – MÜSAHİBƏ

Laçında “Can Laçın” Novruz yarmarkası keçirilir FOTO

Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

® “Xonça” məhsullarının qida təhlükəsizliyi tələblərinə uyğunluğu təsdiqlənib

Milli Məclisin yaz sessiyasında növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Şəki teatrı Novruz bayramı günlərində uşaqları yeni tamaşa ilə sevindirir

Keniyada yol qəzası nəticəsində azı 11 tələbə həlak olub

Türkiyənin zəlzələ bölgəsində inşası tamamlanan mənzillər sahiblərinə təqdim ediləcək

Pedaqoji Universitetdə Çanaqqala zəfərinin ildönümü qeyd olunub

Bakı Mühəndislik Universitetində Təhsilin İnkişafı Fondu ilə əməkdaşlıq imkanları müzakirə edilib

Yaponiya Mərkəzi Bankı 17 ildən sonra mənfi faiz siyasətini dayandırır

"Qədim Şabran" abidəsində Novruz şənliyi

“Qəbələ” İdman Klubu MMA döyüşçüsü ilə müqavilə imzalayıb

Ermənistan “Mir” ödəniş kartına xidməti dayandıracaq

Mingəçevir Dövlət Universitetində Novruz şənliyi keçirilib

NATO-nun Baş katibinin regiona səfərinin Azərbaycandan başlaması ölkəmizin Alyans üçün önəmini nümayiş etdirir - ŞƏRH

“Azərişıq” gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Yüksək Texnologiyalar Parkının istismar proqramı - seminar

Taksi sürücülərinə ödəniş müqabilində şəhadətnamələrin verilməsinə aydınlıq gətirilib

UNEC-də Nobel Sülh mükafatçısı Məhəmməd Yunus adına mərkəzin açılışı olub

İki audiovizual media subyektinə müvafiq lisenziyalar verilib

Nəsimi rayonunda yerləşən banklardan birindən oğurluq edilməsinin qarşısı mühafizə polisi tərəfindən alınıb VİDEO

Malmödə ABBA-nın “Eurovision”da qələbəsinin 50 illiyinə həsr olunmuş sərgi açılacaq

Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində qaçaqmalçılıqla məşğul olan Lənkəran sakini saxlanılıb

Naxçıvanda ağır yol qəzasında 3 nəfər ölüb

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi NATO-nun ölkəmizə diqqətini artırır - RƏY

Londonda Benksinin növbəti monumental boyakarlıq nümunəsi meydana çıxıb

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda uşaqlar üçün Novruz şənliyi təşkil edilib

Məktəblilər Gənclər Kitabxanasının qonağı olublar

® “PAŞA Holding”in “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə bayram sovqatları çatdırılır

“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Novruz bayramı münasibətilə tədbir keçirilib

Dünyada təhlükəsiziyin təmin edilməsində Azərbaycan-NATO əməkdaşlığının rolu ŞƏRH

“Atatürk dövründə İran-Türkiyə münasibətləri” – seminar

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına başlanılır

“Zirə”nin iki futbolçusu yığma komandalara dəvət alıb

AİBNDX: Malların mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsinin fasiləsizliyi bayram günlərində təmin ediləcək

FHN Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq

Bu il Şri-Lankaya 500 mindən çox turist gəlib

Cari ilin iki ayı ərzində Azərbaycanda istehsal edilən elektrik enerjisinin miqdarı açıqlanıb

Fransalı tennisçi oyun zamanı huşunu itirib

Domantas Sabonis NBA əfsanələrinin rekordunu təkrarlayıb

Novruz bayramının ilk günündə paytaxtda yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq

Tramp prezident seçiləcəyi təqdirdə şahzadə Harrini ABŞ-dan qovacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

“Novruz gəlir, yaz gəlir” – AzMİU kollektivi İlaxır çərşənbədə tonqal ətrafında bir araya gəldi

BDU Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarının Dünya Assosiasiyasına tamhüquqlu üzv seçilib

“Azəriqaz” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

® “Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 104-ə çatdırıb

Media: İsrail və HƏMAS Doha danışıqlarında kompromisə hazırdır

Türkmənistanın Ticarət-Sənaye Palatası Türk Ticarət və Sənaye Palataları Birliyinin tamhüquqlu üzvü olub

Türkiyənin yeni milli müdafiə sistemi ictimaiyyətə təqdim edilib

ADA Universiteti Fondunun sponsorluq layihələri üzrə direktoru: Gender arası əməkdaşlıq inkişafın göstəricisidir - açıqlama

Novruz təamlarından istifadə edərkən diqqət yetirilməli məsələlər

Şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüş keçirilib

Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb

Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub

Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda çıxış edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni veb-saytı istifadəyə verilib

“İnter”in futbolçusu irqçilik etdiyi üçün millinin heyətindən kənarlaşdırılıb

Bir sıra ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Blinken Qəzzada atəşkəsi müzakirə etmək üçün Ər-Riyada və Qahirəyə gedəcək

® “Azersun Holding” 10 mindən çox ailəni Novruz sovqatı ilə sevindirib

Azərbaycan poeziyası İspaniyada

Pomidor istehsalçıları ilə görüş keçirilib

Uzun illər itmiş sayılan nadir dəniz qabığı kolleksiyası indi İngiltərədə nümayiş etdirilir

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

“SpaceX” qlobal internet şəbəkəsinə aid daha 22 peyki orbitə çıxarıb

Son iki ayda sosial sahə üzrə 78 mindən çox e-arayış verilib

Fransa Mərakeşə 146 milyon dollar kredit verir

Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirib

Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib

“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı keçirilib

Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb

Fransuaza Jilonun rəssamlıq irsi Pikasso Muzeyində

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Kəngərli rayonunun yaradılmasının 20 illiyinə həsr olunan virtual sərgi təqdim edilib