REGİONLAR
Oğuzda karantin rejiminin tələbləri ilə bağlı əhali arasında geniş maarifləndirmə işləri aparılır
Oğuz, 29 mart, Mustafa Dadaşov, AZƏRTAC
Oğuz rayonunda koronavirus infeksiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq, qabaqlayıcı profilaktik tədbirlər həyata keçirmək məqsədilə əhali arasında karantin rejiminə riayət olunması üçün ciddi təbliğat işləri aparılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün rayon icra hakimiyyətinin və polis şöbəsinin əməkdaşları vətəndaşlarla, xüsusilə yaşı 65-dən yuxarı olan şəxslərlə mütəmadi maarifləndirici söhbətlər aparır, onlara sağlamlıqlarının qorunması üçün evdə qalmalarının vacibliyi bir daha izah olunur.
Eyni zamanda, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə rayon ərazisində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər də davam etdirilir.