ELM VƏ TƏHSİL
Milli Azərbaycan Tarixi Muzeyi fəaliyyətini məsafədən davam etdirir
Bakı, 2 aprel, AZƏRTAC
Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə fəaliyyət göstərən muzeylər 2020-ci ilin aprel ayının 29-dək ziyarətçilər üçün bağlanılıb. AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi sosial təcrid tədbirləri dövründə muzeysevərlərin asudə vaxtını səmərəli keçirmələri üçün qurumun əməkdaşları tərəfindən hazırlanmış, müxtəlif tarixi mövzulara həsr olunan videoçarxlar, elektron resurslar, muzeyin zəngin kolleksiyaları əsasında tərtib olunmuş nəşrləri onlayn şəkildə təqdim edir.
Muzeydən AZƏRTAC-a bildirilib ki, məlumatlar üç dildə (Azərbaycan, rus və ingilis) təqdim olunur. İzləyicilər muzeyin rəsmi “Facebook” səhifəsində paylaşılan “Muzeyin inci”ləri ilə tanış olmaqla yanaşı, onları maraqlandıran sualları da ünvanlaya bilərlər.