DÜNYA
Duterte karantin rejimi zamanı qanunu pozanlara atəş açmağı əmr edib
Bakı, 2 aprel, AZƏRTAC
Filippin Prezidenti Rodriqo Duterte koronavirusun yayılması fonunda ölkədə elan edilən karantin rejimi zamanı polisə və Silahlı Qüvvələrə sülhü və asayişi pozacaq etirazçılara atəş açmaq barədə göstəriş verib.
AZƏRTAC “Philippine Star” qəzetinə istinadla xəbər verir ki, müvafiq göstəriş Keson-Siti şəhərində əhalinin kasıb təbəqəsindən ibarət 100-ə yaxın şəxsin yerli hakimiyyətdən ərzaq və digər yardım tələbi ilə etiraz aksiyası təşkil etməsindən sonra verilib. Aksiyanın 20 iştirakçısı saxlanılıb.
Qeyd edək ki, Filippində yeni koronavirusa yoluxanların sayı 2,3 mini keçib, 96 nəfər isə həyatını itirib.
Bir qədər əvvəl ölkə hökuməti 18 milyon kasıb ailəyə paylamaq üçün 200 milyard peso (3,9 milyard dollar) ayırıb. Bu vəsaitdən hər ailəyə ayda 98 dollar veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:56]
“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır
- 23.04.2024 [17:54]
Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]
Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar
- 23.04.2024 [16:43]
Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq
- 23.04.2024 [16:33]
Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]
Pakistan iqtisadiyyatında artım müşahidə olunur
- 23.04.2024 [15:57]