DÜNYA
Dünyanın 88 ölkəsindən tibbi avadanlıqla bağlı Türkiyəyə müraciət olunub
İstanbul, 2 aprel, AZƏRTAC
COVID-19-la mübarizə tədbirləri çərçivəsində dünyanın 88 ölkəsindən tibbi avadanlıqla bağlı Türkiyəyə müraciət olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional direktoru Hans Kluge ilə videokonfrans yolu ilə görüşündən sonra bildirib.
ÜST-ün Türkiyə təmsilçiliyinin rəhbəri Pavel Ursunun da iştirak etdiyi görüşdə COVID-19 pandemiyası müzakirə olunub, Türkiyə ilə bu qurum arasında iki illik əməkdaşlıq müqaviləsi imzalanıb.
H.Kluge pandemiya ilə mübarizə istiqamətində Türkiyə tərəfindən dünyanın bir çox ölkəsinə edilən yardımlar üçün təşəkkürünü bildirib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:56]
“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır
- 23.04.2024 [17:54]
Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]
Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar
- 23.04.2024 [16:43]
Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq
- 23.04.2024 [16:33]
Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]
Pakistan iqtisadiyyatında artım müşahidə olunur
- 23.04.2024 [15:57]