DÜNYA
Misirdə son bir sutkada yeni növ koronavirusdan 8 nəfər dünyasını dəyişib
Qahirə, 4 aprel, AZƏRTAC
Misirdə COVID-19 virusundan ölənlərin sayı 66 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Misirin Səhiyyə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, son bir sutkada xəstəlikdən daha 8 nəfər dünyasını dəyişib. Həyatını itirənlərin biri əcnəbi, yeddisi Misir vətəndaşlarıdır.
Məlumatda bildirilib ki, aprelin 3-də ölkədə koronavirusa rekord sayda - 120 yeni yoluxma halı qeydə alınıb və beləliklə, xəstələrin ümumi sayı 985 nəfərə çatıb. Yoluxanların üç nəfəri əcnəbilərdir. COVID-19 virusuna yeni yoluxma halları ən çox Qahirədə (155 nəfər) və İsgəndəriyyədə (105 nəfər) qeydə alınıb. Kurort zonası olan Şimali Sinayda koronavirusa yoluxan yoxdur.
Misirin Baş Naziri Mustafa Madbuli qeyd edib ki, son həftə ərzində koronavirusa gündəlik orta hesabla 30-40 nəfər yoluxub.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]