REGİONLAR
İmtiyazlı xəstələr göstərilən dövlət qayğısından razıdırlar
Ağcabədi, 4 aprel, AZƏRTAC
Respublikamızda şəkərli diabet və digər imtiyazlı xəstələrin zəruri dərman və tibbi ləvzimatlarla təminatı ilbəil yaxşılaşdırılır. Bu sahədə işlər Laçın rayonu üzrə də ardıcıl olaraq davam etdirilir.
Laçın Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, cari ilin ötən dövründə Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsdə qeydiyyatda olan 348 nəfər şəkərli diabet xəstəsi 25 adda, 90 nəfər ruhi-əsəb xəstələri isə 18 adda dərman pereparatı ilə təmin olunub. Hazırda dünyada koronavirus (COVID-19) xəstəliyinin geniş yayıldığı bir vaxtda Laçın Rayon İcra Hakimiyyəti və rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə imtiyazlı xəstələrə dərman pereparatlarının paylanılmasında könüllülər də həvəslə qoşulublar. Laçınlı könüllülər imtiyazlı xəstələrin yaşadıqları ünvanlara gedərək dərman pereparatlarını onlara çatdırırlar.
İmtiyazlı xəstələr göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək, dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.