Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

İxrac və idxal əməliyyatları ortamüddətli dövr üçün liberallaşacaq

İxrac və idxal əməliyyatları ortamüddətli dövr üçün liberallaşacaq

Bakı, 5 aprel, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə koronavirus (COVID-19) pandemiyasının məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı atılacaq addımları şərh edib.

AZƏRTAC xəbər verir ki, o, xarici ticarət fəaliyyətinin fasiləsizliyinin təmin edilməsi və sözügedən subyektlərin fəaliyyətində yarana biləcək maneələrin qarşısının alınması istiqamətində əhatəli yanaşmaların əks olunduğunu bildirib. Qeyd edib ki, hərtərəfli yanaşmalara ticarət-maliyyə alətlərinin tətbiqi, ticarət tarifləri və qeyri-ticarət baryer və tənzimləmələrinin ortamüddətli dövr üçün təkmilləşdirilməsi aiddir.

Pandemiyanın və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı hazırlanan Tədbirlər Planında xarici ticarətin dəstəklənməsi istiqamətində müvafiq yanaşmalar “Pandemiyanın mənfi təsir etdiyi fəaliyyət sahələrində əlavə dəstək tədbirlərinin həyata keçirilməsi istiqamətində” indikatorunun 16 və 17-ci sub-indikatorları ilə əhatə olunur. Sahibkarlıq subyektlərinin ixraca olan marağının artırılması ilə əlaqədar mümkün risklərdən sığortalanması və bank zəmanətlərinin verilməsi beynəlxalq təcrübədə geniş tətbiq edilir. Bu istiqamətdə ixracın sığortalanması, faktorinq, akkretativlərin açılması və bank qarantiyalarının sığortalanması kimi ixrac-ticarət alətlərinin geniş tətbiqini əsas götürmək olar.

Nicat Hacızadə qeyd edib ki, planda yerli istehsalın qiymət rəqabətliliyinin artırılması ilə bağlı xüsusi bənd qeyd olunub. Burada yerli istehsalda istifadə olunan, lakin ölkəmizdə istehsalı olmayan (və yaxud müqayisəli üstünlük nəzəriyyəsinə görə potensial hesab edilməyən) xammal və ara mallarına gömrük rüsumu güzəştlərinin tətbiq edilməsi nəzərdə tutulur. Prezident İlham Əliyev pandemiyanın qarşısının alınması ilə bağlı həyata keçirdiyi müşavirə və görüşlərində yuxarıda qeyd edilən güzəştlərin tətbiqini daimi olaraq vurğulayıb. Müvafiq malların seçilməsindən sonra tətbiq ediləcək güzəştlər yerli istehsalla məşğul olan sahibkarların (güzəştlər yerli məhsulun qiymət üstünlüyünü artıracaq ki, bu da tələbi stimullaşdıracaq) məcmu buraxılışını artıracaq. Bu, həm daxili tələbatı artıracaq ki, bu da iqtisadi fəallığın artmasına gətirəcək, həm də xarici bazarlara çıxmaq üçün ixracatçılara əlavə imkanlar yaradacaq. Bundan əlavə, ölkədaxili tranzit və müvəqqəti saxlama anbarlarının istifadəsi istiqamətində beynəlxalq təcrübəyə müvafiq tədbirlər bundan əvvəl də Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilmişdi.

Əhalinin daha sərfəli ərzaq və tibbi ehtiyaclara əlçatanlığının artırılması ilə bağlı tədbirlər ticarət tariflərinin tənzimlənməsi ilə əlaqədardır ki, burada da ərzaq və tibbi ehtiyaclarla əlaqədar gömrük rüsumlarının “0” dərəcəyə endirilməsi və ya azaldılmasından söhbət gedir. Şübhəsiz ki, hazırda bazarda əhalinin əldə etdiyi gəlirlərin yönəldiyi istehlakın diversifikasiyası obyektiv səbəbdən konsentrasiya olunub. Subyektiv səbəblərdən dolayı isə istehlak xərclənin yönələcəyi əsas ehtimal nöqtəsi ərzaq və tibbi ləvazimatlardır. Bu baxımdan 2020-ci ilin sonuna qədər zəruri hesab edilən adıçəkilən malların rüsumlarının liberallaşdırılması cari dövr üçün zəruri addım idi.

Nicat Hacızadə Tədbirlər Planının qeyri-ticarət baryeri və tənzimləmələri ilə bağlı hissəni də şərh edib: “Sözsüz ki, gömrük administrasiyasında son illər aparılan islahatlar nəticəsində elektronlaşma və onlayn prosedurların tətbiqi istiqamətində nəzərəçarpacaq dərəcədə işlər görülüb. Bu baxımdan, zəruri hesab edilən məhsulların idxalı zamanı həyata keçirilən gömrük rəsmiləşdirilməsi, nəzarət və icazələrin (sertifikatların) verilməsi tədbirlərinin növbədənkənar (sürətləndirilmiş) tətbiqi üçün dövlət bütün gömrük alətlərinə malikdir. Qeyri-ticarət tənzimləmələri üzrə ölkəmizdə liberallaşdırma istiqamətində tədbirlərin davamı olaraq müvafiq Tədbirlər Planı əvəzsiz rol oynayacaq. Xüsusilə, məhsulların sertifikatlaşdırılması ilə əlaqədar “bir pəncərə” prinsiplərinin aidiyyəti orqanlarda yaradılması və implementasiyası adıçəkilən bəndin həyata keçirilməsi istiqamətində əlavə dəstək rolunu oynayacaq”.

Nəticə etibarı ilə pandemiya dövründə xarici ticarətin davamlılığının təmin edilməsi həm bazar iştirakçıları, həm də iqtisadi institutların fəaliyyətinin davam etməsi vacibdir. Bundan əlavə, iqtisadi artımı təmin edən xalis ixrac əsasında, qeyri-neft sektorunun xarici ticarət balansında profisit yaratmaq yolunda liberallaşdırma siyasəti davam edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dən “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO