REGİONLAR
İsmayıllı Regional Mədəniyyət İdarəsi uşaqlar arasında maarifləndirici tədbirlərə üstünlük verir
İsmayıllı, 7 aprel, AZƏRTAC
Şamaxı və Qəbələ mərkəzi kitabxana sistemlərinin uşaq şöbələri 7 aprel – Ümumdünya Sağlamlıq Günü münasibətilə oxucular üçün videoçarx hazırlayıblar.
İsmayıllı Regional Mədəniyyət İdarəsinin mətbuat katibi Aysu Nəcəfli AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, koronavirus (COVID-19) pandemiyasının respublikamızın ərazisində yayılma təhlükəsi ilə əlaqədar mədəniyyət müəssisələri internetin geniş imkanlarından istifadə etməklə, həm də məktəbyaşlı uşaqlar arasında maarifləndirici tədbirlərə üstünlük verirlər. Hazırlanan və oxuculara təqdim olunan videoçarx, eləcə də İsmayıllı MKS-nin uşaq şöbəsinin “Evdə qal, sağlam ol” adlı onlayn rəsm sərgisi Ümumdünya Sağlamlıq Günündə epidemiyanın təhlükəli olduğunu bir daha xatırlatmaqla, hər kəsi ehtiyatlı olmağa, gücləndirilmiş karantin rejiminin tələblərinə əməl etməklə özünün və ətrafındakıların sağlamlığını qorumağa çağırışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]
Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib
- 28.03.2024 [10:49]
Naxçıvanda yolda qaya uçqunu baş verib
- 28.03.2024 [10:25]
Daxili İşlər Nazirliyi Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB
- 28.03.2024 [10:10]
Akademik Milli Dram Teatrı Beynəlxalq Teatr Günündə şəkililərin qonağı olub
- 28.03.2024 [08:00]