DÜNYA
Ukraynada koronavirus: 1668 nəfər yoluxub, 52 nəfər ölüb
Kiyev, 8 aprel, AZƏRTAC
Ukraynada koronavirusa yoluxanların sayı 1668 nəfərə çatıb ki, onların 100-dən çoxu uşaqdır. Ən çox yoluxma halı Kiyevdə qeydə alınıb.
AZƏRTAC ölkənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son sutkada 206 nəfər bu virusa yoluxub, onlardan 7 nəfəri ölüb. Ümumilikdə, koronavirusdan ölənlərin sayı 52 nəfərə çatıb. Koronavirusdan ölənlərin 85 faizində ürək-damar xəstəlikləri, şəkərli diabet, böyrək çatışmazlığı olub. 35 nəfər tam müalicə olunaraq evlərinə qayıdıb. Ukraynada koronavirusun yayılması ilə bağlı pik hədd aprelin 14-dən sonraya proqnozlaşdırılır.
Ukraynada koronavirusa yoluxanların 60 faizi 30-59, 20,7 faizi isə 60-100 yaşlı insanlardır. Ölkənin 15 vilayətində koronavirusla bağlı fövqəladə vəziyyət elan edilib.
Qeyd edək ki, ölkədə aprelin 24-dək bütün beynəlxalq uçuşlar dayandırılıb, karantin elan edilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]