DÜNYA
Türkiyədə koronavirusdan ölənlərin sayı 812 nəfərə çatıb
Ankara, 8 aprel, AZƏRTAC
Yeni növ koronavirus (COVID-19) Türkiyədə daha 87 nəfərin həyatına son qoyub. Bununla da dünyasını dəyişənlərin ümumi sayı 812 nəfərə çatıb.
AZƏRTAC Türkiyə Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, aprelin 8-də ölkə üzrə 24 min 900 nəfər xüsusi tibbi yoxlamadan keçirilib. Onlardan 4117 nəfərində infeksiya aşkarlanıb. İndiyədək testdən keçirilənlərin sayı 247 min 768 nəfərə çatıb. Onlardan 38 min 226 nəfəri müalicəyə cəlb olunub. Hazırda 1492 nəfər reanimasiyadadır. İndiyə qədər 1846 nəfərin müalicəsi uğurlu olub. Bu gün 264 nəfər tam sağalaraq xəstəxanaları tərk edib.
Türkiyədə hər gün sağalan xəstələrin ümumi sayı vəfat edənlərdən təxminən 3 dəfə çoxdur. Ölkədə koronavirusdan ilk ölüm halı martın 17-da qeydə alınıb. Həmin tarixdən bu günə qədər yoluxma və ölüm hallarında azalma yoxdur.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:46]
Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]