DÜNYA
İqor Dodon: Moldovada aprelin sonu-mayın əvvəlində koronavirusla bağlı bəzi məhdudiyyətlər aradan qaldırıla bilər
Kişineu, 10 aprel, AZƏRTAC
Moldovada aprelin sonu - mayın əvvəlində koronavirusla bağlı iqtisadi fəaliyyətə dair bəzi məhdudiyyətlər aradan qaldırıla bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Moldova Prezidenti İqor Dodon yerli telekanala müsahibəsində məlumat verib.
Prezidentin sözlərinə görə, ancaq bu qərar aprel ayının sonunda ölkədə koronavirusla bağlı vəziyyət dəyərləndirildikdən sonra veriləcək. İ.Dodon əhalini qoyulan qadağalara ciddi əməl etməyə çağırıb və bildirib ki, kütləvi yoluxma faktı aradan qalxmasa, məhdudiyyətlər ləğv edilməyəcək.
Prezident, həmçinin vurğulayıb ki, koronavirusla bağlı Çin, ABŞ, Rusiya, Türkiyə və İsveçrə Moldovaya humanitar yardım edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.04.2024 [19:58]
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır
- 20.04.2024 [17:42]
Ekvador Prezidenti enerji böhranı ilə əlaqədar fövqəladə vəziyyət elan edib
- 20.04.2024 [17:33]
Türkiyə Prezidenti HƏMAS-ın siyasi bürosunun rəhbərini qəbul edib
- 20.04.2024 [17:10]
Bu il Türkiyənin xidmətlər üzrə ixrac hədəfi 110 milyard dollardır
- 20.04.2024 [16:58]
“Flydubai” Dubay hava limanından uçuşlar rejimini bərpa edib
- 20.04.2024 [16:55]
77-ci Kann kinofestivalının rəsmi posteri təqdim edilib
- 20.04.2024 [15:30]
Hakan Fidan: Dünyanın ən böyük problemi beynəlxalq sistemin ikiüzlülüyüdür
- 20.04.2024 [14:54]