CƏMİYYƏT
DİN: Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb
Bakı, 10 aprel, AZƏRTAC
Ötən gün ərzində törədilmiş 14 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış səkkiz cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə üç nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş iki ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, bir nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli doqquz, qanunsuz saxlanılan silah-sursatla bağlı bir fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.