İQTİSADİYYAT
Gürcüstan iki ayda Azərbaycandan 6,6 milyon dollarlıq neft alıb
Tbilisi, 10 aprel, AZƏRTAC
Gürcüstan cari ilin yanvar-fevral aylarında 105,7 milyon ABŞ dolları dəyərində neft idxal edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb. Bildirilir ki, iki ayda alınmış neft keçən ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çoxdur. Hsabat dövründə Gürcüstan ən çox Rusiyadan neft alıb. Rusiyadan alınan neftin həcmi 45 min 965 ton, dəyəri isə 26,7 milyon dollar olub.
Gürcüstanın neft məhsulları aldığı ölkələrin reytinqində Azərbaycan 5-ci yerdədir. Qonşu ölkə yanvar-fevral aylarında Azərbaycandan 6,6 milyon dollarlıq neft alıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 45 faiz azdır. Gürcüstanın ən çox neft aldığı ölkələr sırasında Rumıniya (22,6 milyon dollar), Türkmənistan (19,3 milyon dollar), Bolqarıstan (9,8 milyon dollar), Türkiyə (6,5 milyon dollar) və digər ölkələr yer alıblar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]