SİYASƏT
Prezident Rəcəb Tayyib Ərdoğan Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Ankara, 28 may, AZƏRTAC
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
AZƏRTAC xəbər verir ki, dövlət başçısı bayram təbriklərini “Twitter” səhifəsində paylaşaraq yazıb: “Azərbaycan Cümhuriyyətinin yaranmasının 102-ci ildönümünü səmimi arzularımla təbrik edir, Prezident İlham Əliyev qardaşım başda olmaqla, bütün Azərbaycan xalqına öz adımdan və millətim adından salamlarımı və sevgilərimi çatdırıram”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara