ELM VƏ TƏHSİL
“Gənc müəllimlər məktəbi”nin seminarları uğurla davam edir
Bakı, 31 may, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İxtisasartırma fakültəsinin dekanı, dosent Cəmilə İmaməliyevanın təşkilatçılığı ilə “Gənc müəllimlər məktəbi”nin seminarları uğurla davam edir.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, altıncı onlayn seminar olduqca interaktiv və maraqlı keçib. “Auditoriyanı necə ələ alaq?” mövzusunda keçirilən seminarda bir sıra önəmli və praktiki məsələlərə toxunulub. Seminarda çıxışa hazırlıq, auditoriyanın diqqətinin cəlb edilməsi yolları, təsirli çıxış etməyin üstünlükləri, sözsüz ünsiyyətdə bədən dilinin təsiri, çıxışa başlamağın giriş yolları, emosiyalar və 7 əsas üz ifadəsi barədə geniş məlumat verilib və iştirakçıların sualları cavablandırılıb.