TARİXDƏ BU GÜN


14 AVQUST

2013-cü il. Şəkidə “Şəki Xanlarının evi” yenidənqurmadan sonra açılıb. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.

1945-ci il. İkinci Dünya müharibəsində İmperator Hiroxito Yaponiyanın qeyd-şərtsiz təslim olduğunu açıqlayıb. Avqustun 6-da ABŞ Xirosimaya atom bombası atmış, nəticədə 100 mindən çox adam həlak olmuşdu. Avqustun 8-də SSRİ Yaponiyaya müharibə elan etmişdi. Bundan bir gün sonra ABŞ-ın Naqasakiyə atdığı atom bombası 36 mindən çox insanın həyatına son qoymuşdu. Avqustun 14-də Yaponiya İmperatoru Hiroxito qeyd-şərtsiz təslim olduğunu bəyan etmiş, sentyabrın 2-də isə Tokioda ABŞ-ın “Missuri” gəmisinin göyərtəsində Yaponiya nümayəndələri qoşunlarını şərtsiz geri çəkmək haqqında akt imzalamışdılar.

 

1947-ci il. Pakistan Britaniya müstəmləkəçiliyindən xilas olaraq müstəqilliyini elan edib. 2013-cü ildə aparılmış siyahıyaalmada Pakistan əhalisi 199 milyon 85 min 847 nəfər olub. Əhalisinin sayına görə dünyada 6-cı yeri tutur. Müsəlmanların sayına görə isə İndoneziyadan sonra ikinci yerdədir. Rəsmi dil urdu və ingilis dilidir. Milli valyutası isə Pakistan rupisidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.
Bölmənin digər xəbərləri
28.02.2017 [09:00]
27.02.2017 [09:00]
26.02.2017 [09:00]
25.02.2017 [09:00]