CƏMİYYƏT


14 İyun Ümumdünya Qan Donoru Günüdür

Bakı, 14 iyun, AZƏRTAC

2005-ci ilin mayında Cenevrədə keçirilən Dünya Səhiyyə Təşkilatı Assambleyasının 88-ci sessiyasında iyunun 14-nü könüllü qan verən donorlarının şərəfinə Ümumdünya Qan Donoru Günü kimi qəbul etmək barədə qərar qəbul edilib. Həmin günün iyunun 14-də qeyd edilməsi məşhur Avstriya həkim-immunoloqu, ABO sistemi üzrə qan qruplarını kəşf etmiş Nobel mükafatı laureatı Karl Landşteynerin doğum günü ilə əlaqədardır.

AZƏRTAC xəbər verir ki, Ümumdünya Qan Donoru Gününün qeyd olunması ictimaiyyətin diqqətini insanlığın təhlükəsiz qan və qan komponentlərinə olan tələbatına cəlb etmək, bu sahədə əhalini məlumatlandırmaq və başqalarının həyatını xilas etmək naminə təmənnasız olaraq öz qanını verən xeyirxah və mərhəmətli qan donorlarına hörmət və ehtiram göstərmək məqsədi daşıyır. Şəfqət, mərhəmət, humanizm kimi xeyirxah hissləri özündə birləşdirən həmin günün təsisi edilməsinin təşəbbüskarı Dünya Səhiyyə Təşkilatı, Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri və Beynəlxalq Donor Qanı Təşkilatı və Beynəlxalq Qanköçürmə Cəmiyyətidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.