TARİXDƏ BU GÜN


14 YANVAR

A+ A

1992-ci il. Azərbaycanla Türkiyə arasında diplomatik əlaqələrin qurulmasına dair protokol imzalanıb. Bu, Azərbaycanın xarici ölkə ilə imzaladığı ilk diplomatik sənəd idi. 1991-ci il noyabrın 9-da Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə Türkiyə olub.
1911-ci il. Görkəmli Azərbaycan riyaziyyatçısı, Əməkdar Elm Xadimi, akademik Zahid Xəlilov anadan olub (1911-1974). O, 35 yaşında Azərbaycanın ilk fizika-riyaziyyat elmləri doktoru adını alıb. Əsərləri dünyanın bir sıra ölkələrində nəşr olunub. SSRİ-də ilk “Funksional analiz” dərsliyini yazıb. Z.Xəlilov 1962-1967-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti olub. 1967-ci ildən ömrünün sonuna qədər isə özünün yaratdığı Riyaziyyat və Mexanika İnstitutuna rəhbərlik edib.
1923–cü il. Görkəmli teatr rejissoru, Xalq Artisti Tofiq Kazımovun doğum günü (1923-1980). T.Kazımov uzun müddət Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş rejissor olub. Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaranması onun adı ilə bağlıdır. O, görkəmli teatr xadimi və şair Səməd Mənsurun oğludur.
1907-ci il. Azərbaycanın mühacir şairi Almas İldırım vəfat edib (1907-1952). Bakının Qala kəndində doğulan Almas İldırım məşəqqətli bir ömür yaşayıb. Bəy nəslinə mənsubluğuna görə daim təqib olunub, universitetdən xaric edilib, sürgünə göndərilib. Sonradan mühacir həyatı keçirən Almas İldırım 44 yaşında Türkiyədə dünyasını dəyişib. Onun Vətən həsrətli şeirləri və istiqlal sevgisi gənclərə mükəmməl örnəkdir. Bakının Şüvəlan qəsəbəsində adını daşıyan küçə var.
1999-cu il. Xalq Artisti, teatr və kino aktrisası Barat Şəkinskaya (1914-1999) vəfat edib. O, “Görüş”, “O olmasın, bu olsun”, “Telefonçu qız”, “Onun bəlalı sevgisi” və digər filmlərdə yaddaqalan obrazlar yaradıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.

Bölmənin digər xəbərləri
17.01.2017 [09:00]
16.01.2017 [09:00]
15.01.2017 [09:00]
13.01.2017 [09:00]