SİYASƏT
Fransanın “Enderi” portalında Azərbaycanın Respublika Günü ilə bağlı məqalə dərc edilib
Paris, 31 may, AZƏRTAC
Fransanın “ENDERİ” portalında “28 May- Azərbaycan tarixi ilə görüşdə” adlı məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, Respublika Gününə həsr edilmiş məqalədə 1918-1920-ci illərdə qurulmuş Xalq Cümhuriyyəti ilə bağlı ətraflı məlumat verilib. Yazıda demokratik dəyərlər əsasında qurulan Cümhuriyyətin parlamentində 11 siyasi qrupun, eləcə də ölkədə yaşayan etnik qrupların təmsil olunduğu vurğulanır. Bildirilir ki, müsəlman ölkəsi olan Azərbaycan bir çox Avropa ölkələrindən də əvvəl qadınlara səs vermə hüququ verib.
Məqalədə Azərbaycan Xalq Cümhuriyyətinin iki illə yaxın müddət ərzindəki fəaliyyətindən, işğal edilməsindən bəhs olunur. Azərbaycan xalqının XX əsrin sonlarına doğru öz müstəqilliyini bərpa etdiyi qeyd olunur.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris