REGİONLAR
Saatlıda çətənə yetişdirən şəxs saxlanılıb
Saatlı, 31 may, Mahir Babayev, AZƏRTAC
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və həmin şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Saatlı RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən rayon sakini Nəriman Məmmədov saxlanılıb. N.Məmmədovun yaşadığı ünvana baxış keçirilən zaman evinin həyətyanı sahəsindən aqrotexniki qaydada qulluq edilmiş, çəkisi 8 kiloqramdan artıq olan 131 ədəd çətənə kolu və 240 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.