CƏMİYYƏT
Goranboyda sanitar-karantin qaydalarını pozan çay evi aşkarlanıb
Bakı, 31 may, AZƏRTAC
Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən sanitar-karantin rejim qaydalarının təmin olunması istiqamətində tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşları inzibati ərazidə xidmət aparan zaman rayonun Dəliməmmədli şəhəri ərazisində Sərxan Mustafayevin icarəyə götürdüyü “Göyçə” kafesinin çay evi hissəsinin müəyyən olunan saatdan sonra fəaliyyət göstərdiyini aşkarlayıblar. Çay evinə baxış zamanı müştərilərin sosial məsafə saxlamadıqları, tibbi maskalardan istifadə etmədikləri və Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qadağan olunan qəlyan istifadə etmələrini də müəyyənləşdiriblər. Obyektdə olan 5 nəfər saxlanılaraq rayon polis şöbəsinə gətiriliblər.
Karantin qaydalarını pozan obyekt sahibi və müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi protokol tərtib olunub və onlar müvafiq qaydada ciddi cərimələniblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]