İQTİSADİYYAT
Azərbaycan vergi sisteminin təkmilləşdirilməsi üzrə İsveçrə ilə əməkdaşlıq edəcək
Bakı, 1 iyun, AZƏRTAC
İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) vergilər sahəsində Azərbaycanın İqtisadiyyat Nazirliyi və Dünya Bankı ilə birlikdə həyata keçiriləcək proqramı təsdiq edib.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu proqramın həyata keçirilməsi üçün 1,6 milyon ABŞ dollarının ayrılması nəzərdə tutulub. Proqramın məqsədi koronavirus nəticəsində başlayan dünya səhiyyə və iqtisadi böhranın sosial-iqtisadi nəticələrini aradan qaldırmaqdır.
Proqram, həmçinin vergiödəyicilərinin qeydiyyatı üzrə məlumat bazasının dəqiqliyinin artırılması və hökumətin şəffaflığın gücləndirilməsi yönündə gördüyü tədbirləri dəstəkləmək məqsədini daşıyır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]