ELM VƏ TƏHSİL
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda dissertasiya işlərinin onlayn müzakirəsi keçirilib
Bakı, 1 iyun, AZƏRTAC
AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda kimyəvi kinetika və kataliz, qeyri-üzvi kimya, fiziki kimya, neft-kimya proseslərinin riyazi modelləşdirilməsi və yüksəkmolekullu birləşmələr kimyası ixtisaslarında təhsil alan II kurs magistrantların dissertasiya işlərinin ilkin müzakirəsi onlayn rejimdə keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, dissertasiya işlərinə elmi rəhbərlər müsbət rəy verərək işlərin müdafiəyə buraxılmasını tövsiyə ediblər. İlkin müzakirələr hər bir magistrantın elmi-tədqiqat işini apardığı şöbə əməkdaşlarının, elmi rəhbərlərinin iştirakı ilə təşkil edilib.
İkinci kurs magistrantların əsas müdafiəsinin iyunun 25-də keçirilməsi planlaşdırılır.