DÜNYA
Macarıstan sərhədlərinin açılacağı tarix müəyyən edilib
Budapeşt, 3 iyun, AZƏRTAC
Macarıstan sərhədlərin açılmasına hazırlaşır.
AZƏRTAC xəbər verir ki, bu barədə Macarıstanın Xarici İşlər Nazirliyinin başçısı Peter Siyyarto özünün “Facebook” səhifəsində birbaşa yayımda bəyan edib. Siyyartonun sözlərinə görə, o, sərhəd məhdudiyyətlərinin yumşaldılması məsələsini avstriyalı, çexiyalı və slovakiyalı həmkarları ilə müzakirə edib.
Nazir qeyd edib ki, bu ölkələr regionda bir-biri ilə çox sıx bağlıdır. Dörd ölkənin sərhədyanı bölgələrində dərin humanitar və fəal iqtisadi əlaqələr formalaşıb.
Xatırladaq ki, Avstriya regionda Macarıstanın əsas ticarət tərəfdaşıdır, Slovakiya isə bu baxımdan üçüncüdür.
Peter Siyyarto bəyan edib ki, dörd ölkə iyunun 15-ni öz ölkələrində məhdudiyyətlərin götürülməsinə başlanması tarixi kimi müəyyən ediblər.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]
Pakistan iqtisadiyyatında artım müşahidə olunur
- 23.04.2024 [15:57]
BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq
- 23.04.2024 [15:53]
Çexiyada V4 ölkələri baş qərargah rəislərinin görüşü keçirilir
- 23.04.2024 [15:09]
İsrail ordusu “Hizbullah”ın iki komandirinin öldürüldüyünü bildirib
- 23.04.2024 [15:04]