DÜNYA
Rusiyada özüməşğul şəxslərin ödədikləri vergilər qaytarılacaq
Bakı, 3 iyun, AZƏRTAC
Rusiyanın Baş Naziri Mixail Mişustin özüməşğul vətəndaşların 2019-cu ildə ödədikləri vergilərin qaytarılması barədə sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Nazirlər Kabinetinin saytında yayımlanmış məlumata əsasən, qaytarılma prosesi avtomatik şəkildə aparılacaq və vəsaitlər vətəndaşların bank kartlarına köçürüləcək.
Keçən il ödənilmiş vergilərin qaytarılması üçün Federal Vergi Xidmətinə hər hansı müraciət göndərilməyə, eləcə də təsdiqedici sənədlər təqdim etməyə ehtiyac olmayacaq. Bundan əlavə, hər bir özüməşğul şəxsə 1 minimal əməkhaqqı həcmində - 12.130 rubl (294 manat) vergi kapitalı təqdim ediləcək.
Federal Vergi Xidmətinin rəhbəri Daniil Yeqorov bildirib ki, dövlətin bu yardımından 670 mindən çox özüməşğul şəxs faydalanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [14:37]
Çin kosmosa yeni astronavtlar göndərir
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]