CƏMİYYƏT
Ramin Bayramlı: İşə gələnlərin və işdən çıxanların sayının nizamlanması ilə bağlı təkliflər var
Bakı, 3 iyun, AZƏRTAC
Səhər və axşam saatlarında işə gələnlərin və işdən çıxanların sayını nizamlamaqla ictimai nəqliyyatda sıxlığın aradan qaldırılması üçün təkliflər var. Bu, bir sıra xarici ölkələrdə tətbiq olunur və effektiv nəticə verir. Təkliflər qəbul olunarsa, qərar qəbul ediləcək və iş yerlərinə müraciət ediləcək.
AZƏRTAC xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, təkliflərə görə, işə gələnlər və işdən çıxanların 3 ayrı qrupa ayrılması nəzərdə tutulur: “Ayrı-ayrı saatlarda işə getməklə və işdən çıxmaqla bu sıxlığı aradan qaldırmaq mümkündür. Təkliflər qəbul olunarsa, bununla bağlı sabah məlumat veriləcək”.