DÜNYA
Rusiya beynəlxalq aviareysləri üçüncü rübdən bərpa edə bilər
Moskva, 4 iyun, AZƏRTAC
Rusiya beynəlxalq aviareysləri ilin üçüncü rübündən bərpa edə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Turizm Operatorları Assosiasiyasının vitse-prezidenti Dmitri Qorin jurnalistlərə deyib. O bildirib ki, Rusiya cari ilin üçüncü rübündə bəzi ölkələrlə aviasiya əlaqəsini bərpa edə bilər. Bu, həm ölkə daxilində, həm də xaricdə epidemioloji vəziyyətdən asılı olacaq.
D.Qorin qeyd edib ki, aviasiya şirkətləri beynəlxalq uçuşların mərhələlərlə açılışını nəzərdə tutub, ancaq bu prosesin nə vaxt - iyul, avqust və ya sentyabr aylarında başlayacağı hələlik dəqiq deyil.
“Avia.ru” portalının baş redaktoru, aviaekspert Roman Qusevin sözlərinə görə isə beynəlxalq aviareyslərin bərpa edilməsi koronavirus epidemiyasının ikinci dalğasının başlaması ehtimalına görə təxirə salına bilər. O, hətta beynəlxalq uçuşların 2021-ci ilin yaz aylarında bərpa oluna biləcəyini proqnozlaşdırıb.
Xatırladaq ki, Rusiya koronavirus pandemiyası ilə əlaqədar martın 27-dən müntəzəm və çarter reysləri dayandırıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]