REGİONLAR
Tərtərli gənclər "Bir-birimizi qoruyaq" kampaniyası çərçivəsində maarifləndirici aksiyaya qoşulublar
Tərtər, 4 iyun, AZƏRTAC
Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) "Bir-birimizi qoruyaq" kampaniyası çərçivəsində başladılan daha bir maarifləndirici aksiyaya Gənclərin İnkişaf və Karyera Mərkəzinin Tərtər nümayəndəliyinin "Gənc könüllüləri" də qoşulublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kampaniya çərçivəsində gənclər "Dayanmadan çalışırıq", "Məsafə saxla", "Burada qaydalara riayət olunur" və sair kimi şüarlar olan stiker-etiketləri bankomatlara və ödəmə terminallarına, restoran və marketlərin qarşısına, avtobuslara yapışdırıblar.
Qeyd edək ki, “Bir-birimizi qoruyaq” kampaniyası vətəndaşların kütləvi toplaşdığı yerlərdə sosial məsafənin qorunması və digər davranış qaydaları barədə ictimai maarifləndirmənin aparılması, cəmiyyətimizin sağlamlığının qorunması məqsədi daşıyır.