İQTİSADİYYAT
® Növbəti “BirKart BOKT” filialı fəaliyyətə başlayıb
“Kapital Bank”ın təsisçisi olduğu “BirKart BOKT” MMC-nin növbəti “Həzi Aslanov” filialı olan "BirKart Mərkəzi" fəaliyyətə başlayıb.
Bakının Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 73 ünvanında (“Həzi Aslanov” metro stansiyasının çıxışında) yerləşən filial hər gün saat 10:00-dan 18:00-dək müştərilərə xidmət göstərir.
Burada müştərilər ümumi olaraq “BirKart” haqqında, eyni zamanda, tərəfdaş guşəsində “Kapital Bank”ın partnyorları və onların kampaniyaları barədə ətraflı məlumat əldə edə bilərlər. Həmçinin əlavə imkan kimi daxildə yerləşən müəyyən partnyorların stendləri ilə tanış olub “BirKart” rəsmiləşdirilməsindən sonra müvafiq məhsulları taksitdən istifadə etməklə əldə edə bilərlər.
Qeyd edək ki, “BirKart”ın 3 növü var – taksit, taksit/cashback və taksit/miles. “BirKart” bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5 faizdən 30 faizədək cashback imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur. “BirKart”ın ölkə üzrə 4 minədək partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.
Bu kartları məvacib və təqaüdünü “Kapital Bank”dan almayan şəxslər də əldə edə bilər. Bunun üçün yaşı 18-dən yuxarı olan müştərilər həm “BirKart BOKT” MMC filiallarına, həmçinin “Kapital Bank”ın istənilən digər filiallarına müraciət edə bilərlər.