DÜNYA
Son sutka ərzində Misirdə COVID-19 virusundan 40 nəfər ölüb
Qahirə, 6 iyun, AZƏRTAC
Misirin Səhiyyə Nazirliyi iyunun 5-də yeni növ koronavirus pandemiyası ilə bağlı son vəziyyəti açıqlayıb. Nazirliyin mətbuat katibi Xalid Meqahed bildirib ki, son sutka ərzində COVID-19 virusuna 1348 nəfər yoluxub. Beləliklə, ölkədə yoluxma halının sayı 31 min 115 olub.
O əlavə edib ki, son sutka ərzində Misirdə daha 40 nəfər yeni növ koronavirusun qurbanı olub. Həyatını itirən pasiyentlərin ümumi sayı 1166 nəfərdir. Bundan başqa, xəstəxanalarda müalicə olunan 402 nəfər sağalıb və xəstəlikdən şəfa tapanların sayı 8158 nəfərə çatıb.
Qeyd olunub ki, koronavirusa yoluxanların arasında Misir parlamentinin deputatı Hüseyn Aşmavi də var. O, COVID-19 virusuna yoluxan ikinci deputatdır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]