Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Şərur rayonu davamlı və kompleks inkişaf mərhələsindədir

Şərur, 2 iyul, AZƏRTAC

Ulu Öndərin yolunun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün hər bir yaşayış məntəqəsində genişmiqyaslı quruculuq işləri aparılır, şəhər və rayon mərkəzləri müasir görkəm alır. İnkişafa qovuşan bölgələrdən biri də Şərur rayonudur. Qəbul olunmuş Dövlət proqramlarının uğurlu icrası rayonda davamlı sosial-iqtisadi inkişafı təmin edib, Şərur şəhərində və kəndlərdə genişmiqyaslı quruculuq işləri aparılıb, yeni inzibati binalar və sosial obyektlər tikilib, rahat yollar çəkilib, əhalinin rifahı yaxşılaşıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyulun 2-də Şərur şəhərində Təqaüdçülər Klubu və “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialının binası istifadəyə verilib, yeni yaradılmış innovativ dərnəklərin təqdimatı olub.

Şərur şəhərində Təqaüdçülər Klubu fəaliyyətə başlayıb

İyulun 2-də Şərur şəhərində Təqaüdçülər Klubu istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Ali Məclisin Sədri çıxış edərək deyib: Bu gün Şərur rayonunda 117 mindən artıq əhali yaşayır ki, onun da 10 min 800-ə yaxını, yəni 9,2 faizi əmək pensiyaçılarıdır. Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurasının Şərur Rayon Təşkilatının 522, Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının Şərur Rayon Təşkilatının isə 131 üzvü vardır.

Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin “Veteranlar, ağsaqqallar milli-mənəvi dəyərlərimizin qızıl fondudur. Onlar hər cür qayğı və hörmətə layiqdirlər”, - fikrini xatırladaraq deyib: Ulu Öndərin tövsiyələri əsas götürülərək bu gün Şərur şəhərində rayon veteranları və ağsaqqalları üçün yeni bina – Təqaüdçülər Klubu istifadəyə verilir. Şərur Rayon İcra Hakimiyyəti Təqaüdçülər Klubunda gənclərlə veteranların və ağsaqqalların görüşlərini təşkil etməli, milli-mənəvi dəyərlərimiz gənc nəslə aşılanmalıdır. Qızıl fondumuz olan veteranların həyat yolu gənclərə öyrədilməli, müxtəlif tədbirlər keçirilməlidir.

Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunacağına əminliyini bildirib.

Şərur şəhər sakini, ağsaqqal Elburus Ələkbərov təqaüdçülər adından minnətdarlıq edərək deyib: “Şərur rayonunda həyata keçirilən bütün tədbirlər sakinləri həm sevindirir, həm də qürurlandırır. Çünki görülən bu əsrə bərabər işlər insanların rahat yaşamasına, gözəl şəraitdə işləməsinə və mənalı istirahətinə xidmət edir. Şərur şəhərinin mərkəzində xüsusi gözəlliyi ilə seçilən müasir, möhtəşəm bina təqaüdçülərin istifadəsinə verilir. Təqaüdçülərə, yaşlı nəslə göstərilən diqqət və qayğıya görə Ali Məclis Sədrinə minnətdarlığımızı bildiririk”.

Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurasının Şərur Rayon Təşkilatının sədri Vidadi Süleymanov rayon ictimaiyyəti və veteranları adından minnətdarlıq edərək deyib: “Bu gün ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası muxtar respublikada, eləcə də rayonumuzda uğurla həyata keçirilir. İnkişaf, quruculuq tədbirləri Şərur rayonunu da ağuşuna alıb. Şərur rayonu özünün intibah dövrünü yaşayır. Rayon mərkəzində, eləcə də kəndlərdə geniş quruculuq, abadlıq işləri aparılır. Veteranlara, təqaüdçülərə həmişə diqqət və qayğı ilə yanaşılır”.

Məlumat verilib ki, ikimərtəbəli binada təqaüdçülərin asudə vaxtlarının səmərəli təşkili, stolüstü oyunların və yarışların keçirilməsi, qəzet və jurnalların oxunması, kitab mütaliəsinin təmin olunması, gənclərlə görüşlərin təşkili sahəsində lazımi imkanlar vardır. Binanın birinci mərtəbəsində iş otaqları, kitabxana, bufet və oyun zalı, ikinci mərtəbədə isə 2 dama və 2 şahmat zalı yerləşir. Şərur Şəhər Təqaüdçülər Klubunun kitabxanasında 499 kitab vardır. Klubda 2 nəfər işlə təmin olunub.

Bina istilik sistemi ilə təchiz edilib, həyətdə abadlıq işləri aparılıb, musiqili fəvvarə quraşdırılıb.

Ali Məclisin Sədri musiqili fəvvarəni işə salıb.

“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialının yeni binasının açılışı olub

İyulun 2-də “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialının yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Azər Məmmədov çıxış edərək deyib ki, muxtar respublika iqtisadiyyatı və onun tərkib hissəsi olan bank sektoru günü-gündən inkişaf edir. “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialının yeni inzibati binasının istifadəyə verilməsi bunu bir daha təsdiq edir. Şərur filialının kredit portfeli 10 milyon 430 min manatdır. Kreditlərin fəaliyyət sahəsi üzrə bölgüsündə kənd təsərrüfatı üzrə 4 milyon 54 min manat, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə 1 milyon 598 min manat, ipoteka kreditləri 235 min manat və digər sahələr üzrə verilmiş kreditlərdir. Azər Məmmədov göstərilən yüksək diqqət və qayğıya görə kollektiv adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirib, bundan sonra da əhaliyə keyfiyyətli bank xidmətləri göstərəcəklərinə söz verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialının yeni binasının istifadəyə verilməsi mühüm əhəmiyyət kəsb edir. Çünki bank hər bir bölgənin inkişaf göstəricisidir. “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti 2008-ci ildən, Şərur rayon filialı isə 2014-cü ildən fəaliyyət göstərir. Filial hüquqi və fiziki şəxslər, eləcə də fərdi sahibkarlar daxil olmaqla, 6 mindən artıq aktiv bank hesabına malikdir. Eyni zamanda filial 5 bankomat, 8 ödəniş terminalı və 80-ə yaxın POS-terminal vasitəsilə əhaliyə xidmət göstərir. Ötən dövrdə verilən kredit portfelinin həcmi və mövcud infrastruktur “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin formalaşdığını və inkişaf etdiyini göstərir.

Ali Məclisin Sədri bu münasibətlə kollektivə təşəkkür edərək deyib: Əhalinin etibarını qazanmaq hər bir bankın əsas fəaliyyət istiqaməti olmalıdır. Bu gün dünyada və ölkəmizdə baş verən proseslər bir daha təsdiq edir ki, hansı ölkədə bank sistemi şəffaf qurulubsa, onlar da fəaliyyətlərini davam etdirə bilirlər. Şəffaflığı təmin etməyən, yüksək faiz dərəcələri tətbiq edən bankların fəaliyyəti isə dayandırılmışdır. Ötən dövrdə “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti Azərbaycanda şəffaf fəaliyyəti ilə seçilmiş, əhali məmnunluğunun qazanılması sahəsində daim ön sıralarda olmuşdur. Əhaliyə ehtiyacı olan sahələrdə aşağı faiz dərəcələri ilə kreditlərin verilməsi, güzəştlərin tətbiqi bankın hörmət və nüfuzunu artırmışdır. Bankın kollektivi gələcəkdə də fəaliyyətini bu istiqamətdə qurmalı, yaradılan şəraitə uyğun olaraq əhaliyə keyfiyyətli xidmət göstərilməli, rayonda təsərrüfatların inkişafına və əhali rifahının yaxşılaşdırılmasına dəstək verilməlidir.

Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin yerinə yetiriləcəyinə əminliyini bildirib, kollektivə fəaliyyətində uğurlar arzulayıb.

Sonra binaya baxış olub. Bildirilib ki, 2 mərtəbəli binanın birinci mərtəbəsində müştəri zalı, təhlükəsizlik, əməliyyat, kassa, qiymətlilərin saxlanma və server otaqları yerləşir. İkinci mərtəbədə isə müdir, kredit, arxiv və mütəxəssis otaqları, iclas zalı və mətbəx vardır. Filialda biznes, kənd təsərrüfatı, ailə təsərrüfatı, istehlak və ipoteka kreditlərinin verilməsi, eyni zamanda kassa əməliyyatları və pul köçürmələri kimi bütün maliyyə əməliyyatları həyata keçiriləcəkdir.

Bina istiliklə təchiz olunub, həyət abadlaşdırılıb, işıqlandırma və suvarma sistemləri çəkilib.

Şərur rayonunda yeni innovativ dərnəklər yaradılıb

Muxtar respublikanın məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin təşkili həyata keçirilən təhsil islahatlarının əsas istiqamətlərindəndir.

İyulun 2-də Şərur Rayon Uşaq-Gənclər Yaradıcılıq, Texniki Yaradıcılıq və Turizm-Diyarşünaslıq mərkəzlərində, eləcə də Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə yaradılmış innovativ dərnəklərin təqdimatı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dərnəklərin fəaliyyəti ilə maraqlanıb.

Məlumat verilib ki, hazırda Şərur rayonunda 5 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Ali Məclis Sədrinin tapşırığına əsasən Şərur rayonunun Uşaq-Gənclər Yaradıcılıq, Texniki Yaradıcılıq və Turizm-Diyarşünaslıq mərkəzləri üçün Şərur Texniki Peşə və Sürücülük Məktəbində zəruri şərait yaradılıb, 210 yerlik 15 sinif otağı, mərkəzlərin işçiləri üçün isə 2 otaq ayrılıb. Hazırda mərkəzlərdə 48 dərnək fəaliyyət göstərir.

Bu il Şərur Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində rəqs, rəsm, xalçaçılıq, bijuteriya, ebru sənəti, toxuculuq, ingilis dili, Texniki Yaradıcılıq Mərkəzində robotexnika, mental-aritmetik, ağac üzərində oyma, ağac üzərində yandırma, bədii tikmə, qum sənəti, metal üzərində bədii döymə, Turizm-Diyarşünaslıq Mərkəzində isə heykəltəraşlıq və dulusçuluq olmaqla, ümumilikdə 16 innovativ dərnək yaradılıb. Dərnəklər üçün 4 elektron lövhə, 14 kompüter quraşdırılıb, 10 robot dəsti, 5 hana və toxuma alətləri, ebru vannaları, boya və xüsusi kağızlar, mis lövhələr, 10 elektriklə yandırma aləti, elektrikli dəzgah, 7 elektrikli qum stolu, 20 dəst rəqs geyimi, 15 molbert, 12 heykəltəraşlıq və dulusçuluq dəzgahı, eləcə də lazım olan digər ləvazimatlar, xammal və mebellər alınıb.

Robotexnika dərnəyində şagirdlərin dəqiqlik, analitik düşünmə, problem həll etmə, qərar vermə, komanda ilə işləmək bacarıqları formalaşacaq, həmçinin təhsil müəssisələrində əldə etdikləri bilikləri real tətbiqetmə imkanı qazanacaqlar. Mental-aritmetik dərnəyi isə şagirdlərdə riyazi təfəkkürün inkişafını, yaddaşın və qavramanın, həmçinin özünə inam və yaradıcılıq qabiliyyətinin güclənməsini formalaşdıracaqdır.

Yeni dərnəklər yaradılarkən uşaqların yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması da nəzərə alınıb. Rəsm, qum və ebru sənəti, dulusçuluq, heykəltəraşlıq, bədii tikmə, metal üzərində döymə, bijuteriya, ağac üzərində yandırma, ağac üzərində oyma, toxuculuq və xalçaçılıq dərnəkləri xalq yaradıcılığımızın və dekorativ tətbiqi sənət nümunələrimizin sirlərini gənc nəslə öyrətmək və bunları yaşatmaq baxımından mühüm əhəmiyyət daşıyır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Yeni innovativ dərnəklərin yaradılması müasir dövrün tələbidir. Muxtar respublikada bu işə Naxçıvan şəhərində başlanılmış, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində yeni innovativ dərnəklər yaradılmış və yaxşı nəticələr qazanılmışdır. Belə ki, həmin dərnəklərə cəlb olunmuş uşaqların əl işlərindən ibarət “İstedadlı şagirdlər” albom-kataloqu nəşr olunmuşdur. Şərur rayonundakı məktəbdənkənar təhsil müəssisələrində 48 dərnək fəaliyyət göstərir ki, bunların da 16-sı yeni yaradılan innovativ dərnəklərdir. Hazırda Culfa rayonunun məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyəti və orada yeni innovativ dərnəklərin yaradılması istiqamətində işlər görülür. Ordubad rayonunda da bu sahədə tədbirlər başa çatmaq üzrədir.

Ali Məclisin Sədri deyib: Bu gün Şərur rayonunun məktəbdənkənar təhsil müəssisələrində 1350-yə yaxın dərnək üzvü vardır. Yeni innovativ dərnəklərin fəaliyyətə başlaması dərnək üzvlərinin sayını daha da artıracaqdır. Şagird və gənclərin dərnəklərə cəlb olunması həm onların asudə vaxtlarının səmərəli təşkilinə, həm də istedadlarının üzə çıxarılması və milli dəyərlərimizi öyrənmələrinə xidmət edəcəkdir. Bütün bunlar isə sağlam gəncliyin inkişafında əsas məsələdir. Şagirdlər məktəbdə təhsil almaqla peşə öyrənirlərsə, dərnəklərdə də öz qabiliyyətlərini inkişaf etdirərək ikinci bir sənətə sahib olurlar.

Ali Məclisin Sədri muxtar respublikada innovativ dərnəklərin yaradılmasının və fəaliyyətin təmin olunmasının əhəmiyyətini vurğulayıb, bu işdə əməyi olanlara təşəkkür edib.

Şərur Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Vaqif Cabbarov deyib ki, muxtar respublikada şagirdlərin təhsili yüksək səviyyədə təşkil olunmaqla bərabər, asudə vaxtlarının səmərəli keçirilməsi üçün də bütün şərait yaradılıb. Bu gün rayonumuzda ilk dəfə yaradılan innovativ dərnəklərin təqdimatı olur. Göstərilən qayğıya görə minnətdarlığımızı bildiririk.

Sonra Ali Məclisin Sədri Fizika-Riyaziyyat Təmayüllü Liseydə yaradılan dərnəklərin fəaliyyəti ilə maraqlanıb.

Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə robotexnika və mental-aritmetik dərnəyi yaradılıb, 3 otaq ayrılıb. Robotexnika dərnəyi üçün 1 kompüter dəsti, 10 notbuk, 1 printer, 10 robot dəsti alınıb, tədris və emalatxana üçün mebel dəsti və 1 elektron lövhə quraşdırılıb. Mental-aritmetik dərnəyi üçün isə 1 elektron lövhə və mebel avadanlığı quraşdırılıb, hesablama alətləri alınıb.

Məktəbdənkənar təhsil müəssisələrində və Fizika-Riyaziyyat Təmayüllü Liseydə innovativ dərnəklər üçün ayrılmış sinif otaqlarında təmir işləri aparılıb, kompüter və elektron lövhələr internetə qoşulub. Bildirilib ki, innovativ dərnəklər sağlamlıq imkanları məhdud uşaq və gənclərin də asudə vaxtlarının səmərəli təşkilinə geniş imkanlar açır.

Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin müəllimi Murad Heydərov deyib: “Müəllimlər Ali Məclis Sədrinin diqqət və qayğısını daim üzərlərində hiss edirlər. Mən özüm də “Tərəqqi” medalı ilə təltif olunmuşam. Fizika-Riyaziyyat Təmayüllü Liseyin yaradılması və tədrisin yüksək səviyyədə təşkili bunun əyani nümunəsidir. Liseyimiz son 3 ildə yüz faizlik nəticə ilə qəbul verib. Pandemiya dövrünə baxmayaraq Ali Məclis Sədrinin tapşırığı ilə muxtar respublikanın bütün təhsil müəssisələri onlayn şəkildə dərslərə qoşulur. Fizika-Riyaziyyat Təmayüllü Lisey də bunun öhdəsindən lazımınca gəlib. Bu gün göstərilən qayğının nəticəsidir ki, liseydə innovativ dərnəklər yaradılıb. Bu dərnəklər şagirdlərin intellekt səviyyəsinin yüksəldilməsinə, onların bilik və bacarıqlarının, həmçinin yaradıcılıq qabiliyyətlərinin artırılmasına öz töhfəsini verəcəkdir. Yaradılan şəraitə görə liseyin kollektivi adından minnətdarlıq edirik”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STS 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib  YENİLƏNİB

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ VİDEO

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm