DÜNYA
Latviyada ötən ay ümumi vergi borcu 989,2 milyon avroya çatıb
Riqa, 3 iyul, AZƏRTAC
İyun ayının əvvəlində cari, dayandırılmış və müddəti uzadılmış borclar da daxil olmaqla Latviyada vergi üzrə ümumi borc 989,2 milyon avroya çatıb ki, bu da may ayı ilə müqayisədə 3,6 faiz çoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Latviya Dövlət Gəlirləri Xidməti yayıb.
Bildirilib ki, əvvəlki ayla müqayisədə ölkədə artım tempi azalsa da, sosial sığorta haqları üzrə borclar daha tez artıb.
Qeyd edilib ki, iyun ayının əvvəlində Latviyanın əsas dövlət büdcəsinə olan borcları 519,7 milyon avro təşkil edib, bu da may ayının əvvəlinə nisbətən 2,4 faiz çox olub.
Ölkədə bələdiyyə büdcələrinə olan borclar 284,9 milyon avro təşkil edib ki, bu da may ayı ilə müqayisədə 3 faiz çoxdur. Sosial sığorta haqları üzrə borclar isə 184,5 milyon avro olub, bu da əvvəlki aya nisbətən 8,4 faiz çox olub.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [14:42]
Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır
- 25.04.2024 [14:39]
Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb
- 25.04.2024 [14:32]
“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq
- 25.04.2024 [14:26]
ABŞ dövlət katibi Antoni Blinken Pekinə gəlib
- 25.04.2024 [13:20]
Bolqarıstan parlamenti spikeri istefaya göndərib
- 25.04.2024 [12:48]
Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb
- 25.04.2024 [12:34]
Hindistanın Racastan ştatında PUA qəzası baş verib
- 25.04.2024 [12:22]
Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir
- 25.04.2024 [12:12]