CƏMİYYƏT
Qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısı alınıb
Bakı, 3 iyul, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qobu yolu ünvanında fiziki şəxs Babayev Füzuli Hidayət oğlunun həyətyanı sahəsinə baxış zamanı tikili sahədə heç bir baytarlıq-sanitariya ekspertiza arayışı və mənşəyi məlum olmayan, ilkin orqanoleptik göstəricilərinə görə kəskin qoxulu, rəngi qaralmış, üzərində yapışqan seliklər olan ümumi çəkisi 200 kiloqrama yaxın at əti aşkarlayıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı ferma tipli tikililərdə 4 baş at, qoyun və keçilərin kəsim üçün saxlanıldığı müəyyən edilib.
Götürülən nümunələr analiz üçün Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.