ELM VƏ TƏHSİL
Həftəsonu ilin üçüncü Ay tutulması baş verəcək
Bakı, 3 iyul, AZƏRTAC
Bu ilin üçüncü Ay tutulması hadisəsi iyulun 5-də baş verəcək.
AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından AZƏRTAC-a bildirilib ki, yarımkölgəli Ay tutulması hadisəsi saat 07:07-də başlayacaq və saat 09:52-də sona çatacaq. Tutulmanın maksimumu saat 08:31-də müşahidə olunacaq.
Bu təbiət hadisəsini Cənub/Qərbi Avropa, Afrikanın çox hissəsi, Şimali Amerikanın çox hissəsi, Cənubi Amerika, Sakit, Atlantik və Hind okeanı, Antarktidada müşahidə etmək mümkün olacaq. Tutulmanın maksimum fazasında Ay adi bədirlənmiş (dolu) Aydan bir az tünd görünəcək.
Ay tutulması Azərbaycanda müşahidə olunmayacaq.
Qeyd edək ki, 2020-ci ildə ümumilikdə 6 tutulma hadisəsi (ikisi Günəş, dördü isə Ay) müşahidə olunacaq. Sonuncu dəfə bu sayda tutulma hadisəsi 2009-cu ildə baş verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [16:48]
BDU-nun şahmat komandasının uğuru
- 23.04.2024 [16:45]
Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb
- 23.04.2024 [16:37]
Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb
- 23.04.2024 [16:34]
Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar
- 23.04.2024 [16:18]
BMU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli müqavilə imzalanıb
- 23.04.2024 [14:45]